Uşaq vaksinasiyası





 

İmmonoprofilaktika — infeksion potologiyaya qarşı mübarizənin əsasıdır. İnfeksion immunitetin və peyvənd prosesinin bir çox tərəflərini anlamağa imkan yaradan immunologiyanın nailiyyətləri bizə təkcə sağlam uşaqlara deyil həmçinin xroniki xəstələrə də peyvəndləşmə işini aparmağa imkan yaradır. Hal-hazırda biz peyvənddən sonrakı fəsadların tezliyini artırmadan eyni zamanda bir neçə peyvənd vura bilərik.Hər bir peyvəndi vurmazdan əvvəl həkim hərtərəfli Sizin uşağınızı müayinə edir. Bizdə aparılan peyvəndləşmə Sizin uşağınızın reaktivliyini pozmaz, immunitetini zəiflətməz, onu allergizasiyalaşdırmaz və gələcək həyatda onların sağlamlığında heç bir problem yaratmaz.

MediClubda peyvəndləşmə ayda 18 gün həkim-immunoloq və xüsusi təlimat keçmiş tibb bacısı tərəfindən peyvənd otağında həkim baxışından sonra aparılır.

İmmunizasiya, milli peyvənd təqvimi çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş və istifadəsinə icazə verilmiş xarici istehsallı (ehtiyac olarsa alternativ variantlar təqdim olunur) polivalent peyvəndlər onların xüsusi istifadə təlimatına uyğun aparılır.

Peyvənd cədvəlinin pozulması təqdirində hər bir uşaq üçün əks- göstərişlər nəzərə alınmaqla fərdi peyvənd cədvəli tərtib olunur. Ehtiyac olarsa, biz müayinə və xüsusi dərman preparatları təyin edirik ki, onların fonunda peyvəndləşmənin aparılması daha məqsədəuyğundur.

Xarici vətəndaşlar üçün peyvəndləşmə uşağın gəldiyi ölkənin peyvənd təqviminə uyğun aparılır.Bu məqsədlə bizim klinika bütün lazım olan peyvəndləri təqdim edir. Biz xarici ölkəyə  səfər zamanı və planlaşdırılan hamiləlikdən öncə aparılan peyvəndlər haqda məsləhət-məlumat veririk. Biz həmçinin postinfeksion və postvaksinal immunitetin (antitellərin səviyyəsinin təyini) səviyyəsini müəyyən etmək üçün lazım olan müayinələri aparırıq.

Ehtiyac olarsa bizim tərəfimizdən təcili peyvəndləşmə aparılır. Həkimlərimiz Sizinlə uşağınızın peyvəndləşməyə hazırlığı və ondan sonrakı qulluq barədə söhbətlər aparır. Anamnezdə ağır allergik reaksiya olan və ya valideynlərin istəyi ilə biz vaksinasiyanı tibbi personalın nəzarəti altında stasionar şəraitində belə apara bilərik.

Azərbaycanda profilaktik peyvəndlərin aparılması proqramı (UNİCEF):


  • 1 sutka      Hepatit В
  • 4 sutka      Polio, BCJ
  • 2 ayında      АDTP, Polio, HepB
  • 3 ayında     DTP, Polio
  • 4 ayında     DTP, Polio, Hep.B
  • 12 ayında     Mantu sınağı, QPM (MMR)
  • 18 ayında     DTP R.1, Polio
  • 6 лет       Mantu sınağı, DTPR2 və QPMR, (MMR)

  • Qeyd: 1 yaşından 3 yaşınadək uşaqlarda BCJ-dən sonra çapığ olmazsa Mantu sınağı qoyulur və təkrari BCJ peyvəndi olunur.



Klinikaya zəng edin, biz günün 24 saatını işləyirik.
Tel.:
 +994 (12) 498-89-11