Qadın reproduksiya sahəsinin USM-i (əvvəli)





 

Qadın cinsiyyət orqanlarının USM-i uşaqlığın, yumurtalıqların, uşaqlıq borularının, uşaqlıq boynunun müxtəlif xəstəliklərini: yumurtalıqların kista və şişlərini, yumurtalıqların polikistozunu, uşaqlığın miomasını, endometrinin hiperplastik proseslərini, uşaqlığın və uşaqlıq boynunun poliplərini və s. aşkar etməyə imkan verir. USM-in köməyi ilə yumurtalıqda follikullarm yetişməsinə, endometrinin sikl üzrə yenidən qurulmasının tamlığına nəzarət etmək olar. USM hamiləliyin diaqnostikası və müddətinin müəyyən edilməsi, uşaqlıqdan kənar hamiləliyin qarşısının alınması üçün istifadə olunur. 

Kiçik çanaq orqanlarının USM-i abdominal (qarından - transabdominal) və ya vaginal (uşaqlıq yolundan) aparıla bilər. Abdominal müayinə üçün sidik kisəsinin doldurulması lazım olduğu halda, vaginal müayinə üçün, əksinə - sidik kisəsinin boş olması lazımdır. Uşaqlıq borularının müayinəsi üçün uşaqlıq boynunun kanalı vasitəsi ilə boruların xüsusi məhlulla kontrastlaması lazımdır. Diaqnostik məqsəddən asılı olaraq, müayinəni menstruasiya siklinin müəyyən günlərində aparmaq lazımdır.

Qadın cinsiyyət orqanlarının transvaginal ultrasəs müayinəsi  kiçik çanaq orqanlarının USM müayinəsinin iki üsulundan biridir. Adətən qadın cinsiyyət orqanlarının transvaginal USM-i transabdominal və transvaginal USM-dən ibarət birləşdirilmiş ultrasəs müayinə zamanı aparılır.

Tnarsvaginal USM qadın cinsiyyət orqanlarını daha aydın sürətdə görməyə və cüzi dəyişiklikləri belə aşkar etməyə imkan verir. əvvəlcə transabdominal müayinə, sonra isə transvaginal USM aparılır. Transvaginal USM zamanı uşaqlıq boruları, uşaqlıq və yumurtalıqlar daha aydın görünür.


 

Müayinəyə hazırlıq və müayinənin keçirilməsi üzrə ən mühüm suallar.

►►► Qadın cinsiyyət orqanlarının transvaginal USM-i nə deməkdir?

Ultrasəs müayinə zamanı adətən ötürücü müayinə olunan orqanın birbaşa yaxınlığında dəri üzərinə yerləşdirilir. Qadın cinsiyyət orqanlarının müayinəsi zamanı isə kiçik çanaq orqanlarına təkcə dəridən deyil, həmçinin uşaqlıq yolundan da “baxmaq” imkanı var. Əgər ötürücü qarnın ön divarında yerləşdirilirsə, müayinə transabdominal, yox uşaqlıq yolunda yerləşdirilirsə - transvaqinal adlanır. Transvaqinal ultrasəs müayinə kiçik çanaq orqanlarının müxtəlif xəstəliklərinin diaqnostikasında həkimlərin imkanını genişləndirir, xüsusən – dəyişikliklər zəif ifadə olunan erkən mərhələlərdə. Qadın cinsiyyət orqanları xəstəliklərinin erkən diaqnostikası vaxtında müalicəyə başlamaq, fəsadların qarşısını almaq və qadın pasiyentlərin sağlamlığını qorumaq imkanını verir.

 

 

►►►Transvaginal USM-in hansı gün keçirilməsinin əhəmiyyəti varmı?

Transvaqinal USM menstrual dövrün istənilən fazasında aparıla bilər. Müayinə üçün vaxtın seçimi xəstəlikdən asılıdır. Məsələn, uşaqlığın miomasına şübhə zamanı USM-ni menstrual dövrün birinci, endometrioza şübhə zamanı isə - ikinci fazasında aparmaq daha yaxşıdır.

 

►►► Hamiləlik dövründə transvaginal USM nə zaman keçirilir?

Patologiyasız hamiləlik zamanı transvaqinal USM birinci trimesterde (11-14 həftə) aparılır. Hamiləliyin ikinci (22-24 həftə) və üçüncü (30 həftə) trimesterində isə transabdominal USM aparılır.

 


Qadın cinsiyyət orqanlarının USM-i Sizin sağlamlığınızı qorumağa va yaxşılaşdırmağa kömək edən yüksək məlumatverici müayinə metodudur.


Ultrasəs müayinəyə +994 12 4970 911 telefon nömrəsinə zəng etməklə yazılmaq olar