Qadın orqanların USM (sonu)





 

Dölün dördölçülü müayinəsi. MediClub klinikasında ekspert sinfınə aid Siemens aparatında hamilələrin dördölçülü USM-i aparılır. Bu son nəsil avadanlıqdır, yüksək keyfıyyətli təsvirə və bütün rejimlərdə nadir funksiyalara malikdir. 

Təsvirlərin yüksək dəqiqliyi və təfsilatla göstərilməsi müayinənin səmərəliliyini və düzgünlüyünü artırır, cinsiyyətin müəyyən edilməsindən başqa, adi ultrasəs skanerlərdə görünməyən anatomik detalları görməyə imkan verir. Bu aparatın imkanları digər sinfə aid USM aparatları ilə müqayisədə dölün inkişafındakı qüsurları daha erkən görməyə imkan verir. Dördölçülü USM hətta dölün ölçüsü cəmi 15mm olduğu vaxtlarda embrionun dinamik həcmi təsvirini əldə etməyə imkan verir. 

Dölün bu dördölçülü USM-i xüsusilə inkişafın- ətrafların, üzün, onurğa sütununun bəzi qüsurları haqqında əlavə məlumat verir. İrsi və anadangəlmə xəstəliklərin erkən aşkar edilməsi, hamiləliyin gedişinə nəzarət məqsədi ilə hamilə qadmlar hamiləliyin 10-12, 18-20, 26-28 və 32-34 həftələrində hökmən USM-dən keçməlidirlər. peşəkar ikiölçülü və dördölçülü USM-rin birləşdirilməsi -mamalıqda nadir diaqnostika metodudur.

Süd vəzilərinin USM-i. Hazırda süd vəzilərinin USM-nin keçirilməsi 17-19 yaşdan 60 yaşa qədər qadınların müntəzəm müayinə olunmasında vacib proseduradır. Bunu bilmək vacibdir ki, döşün onkoloji xəstəliklərinin böyük əksəriyyəti xoş xassəli pozuntular fonunda inkişaf edir. Onların vaxtında aşkar edilməsinə məhz USM kömək edir, süd vəziləri üçün bu cür müayinə daha dəqiqdir. Beləliklə, onun müntəzəm aparılması döş xəstəliklərinin aşkar edilməsi və mümkün inkişafının qarşısının alınması üçün ən yaxşı üsula çevrilir.

Zərurət yarandıqda, döş vəziləri üçün USM-lə birlikdə biz həmçinin xəstə qadının vəziyyətinin daha düzgün diaqnostikasını təmin edən əlavə müayinələr də apara bilərik. Süd vəzilərinin USM-i üçün bizə müraciət edərkən Siz bütün proseduranın yüksək səviyyədə keçiriləcəyinə əmin ola bilərsiniz

Bir sıra hallar vardır ki, bu hallarda həmin müayinənin aparılması vacib olur. (tıklayın)


Beləliklə, aşağıdakı simptomlar yarandıqda süd vəzilərinin USM-i məcburi qaydada aparılmalıdır:



  1. süd vəziləri gilələrinin;
  2. ağrıların əmələ gəlməsi;
  3. bərkimələrin, codlaşmaların əmələ gəlməsi, dərinin hərəkətliliyinin məhdudlaşması, həmçinin şiş üzərindəki dərinin cüzi şəkildə içəri yığılması.

Bu əlamətlərin hər biri bu və ya digər xəstəliyin mövcudluğundan xəbər verir. Məhz buna görə də bu əlamətlər yarandıqda təcili USM və güman ki, başqa müayinələrin də keçirilməsi vacibdir. Bu zaman təhlükə bildirən simptomların öz-özünə yox olacağına ümid edərək mütəxəssis yanma getməyi təxirə salmaym. Təkcə onların yaranması artıq problemin olmasından xəbər verir və onun həllində birinci mərhələ məhz süd vəzilərinin USM-i olmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, hətta təhlükəli simptomlar, ağrı hissi, travmaya məruz qoyan amillər və s. olmadıqda belə, müayinə müntəzəm olaraq keçirilməlidir. Bütün dünyada belə hesab olunur ki, süd vəzilərinin USM-i ildə ən azı bir dəfə, 50 yaşdan sonra isə - məcburi qaydada ildə iki dəfə keçirilməlidir. Yalnız öz sağlamlıq vəziyyətinizi müntəzəm izləməklə, onun qayğısına qalmaqla və bütün zəruri proseduralardan keçməklə ümid etmək olar ki, yaxın zamanlarda onunla bağlı heç bir probleminiz olmayacaq.

 

 


Ultrasəs müayinəyə +994 12 4970 911 telefon nömrəsinə zəng etməklə yazılmaq olar.