Kiçik orqanların USM-i





 

 

Qalxanvari vəzin USM-i. Müayinə ocaqlı zədələnmələri, iltihabi dəyişiklikləri, kistaları və düyünlü törəmələri aşkar edən ən mühüm diaqnostika alətidir. Yüksək peşəkarlığa malik həkimlərimiz tərəfındən yüksək keyfıyyətli avadanlıqla, əlverişli qiymətə və istədiyiniz vaxta müayinəyə yazılmaq imkanı ilə qalxanvari vəzin mükəmməl müayinəsini aparırıq.

Qalxanvari vəzi - ətraf mühitin zərərli təsirləri, peşə ziyanları, bütün növ şüalanmalar üçün hədəf orqandır. Qalxanvari vəzin patologiyasına Yer kürəsinin yaşlı əhalisinin təxminən 8%-də rast gəlinir. Qalxanvari vəzin bəd xassəli şişləri onkoloji xəstəliklər strukturunda 3%- qədər yer tutur.

Müayinə istənilən gün xüsusi hazırlıqsız aparılır. Zərurət yarandıqda qanda hormonların analizi əlavə oluna bilər. Məhz qalxanvari vəzi bir çox xəstəliklərdə endokrinoloqların diqqət mərkəzində olur və qalxanvari vəzin ultrasəs müayinəsi xüsusi əhəmiyyət kəsb edir.

Qalxanvari vəzin USM-nin aparılması üçün həkim göstərişləri. (tıklayın)►►►

Yuxuluq, boğulma, əllərdə titrəyiş, hərarətin yüksəlməsi, həmçinin, səbəbsiz çəki dəyişiklikləri – bu simptomlardan hər biri kifayət qədər narahat doğurur və qalxanvari vəzi USM-dən keçirmək üçün əsas olmalıdır. Belə müayinə bir çox xəstəliklərin diaqnostikasında artıq dərəcədə vacibdir və müvafiq göstərişlərin mövcudluğu zamanı mütləq qaydada aparılmalıdır. 

  1. pasiyentin əsəb pozuntuları, artmış həyəcanlıq, yuxuluq, boğulma və s. şikayətləri zamanı.;
  2. endokrin xəstəliklərin residivi zamanı, həmçinin, onların müalicəsi zamanı nəzarəti həyata keçirmək üçün və onlara irsi meyillik zamanı;
  3. zərərli peşə amilləri ilə işləyən pasiyentlərdə.
  4. Həmçinin, qalxanvari vəzdə əllənən törəmələr zamanı USM mütləq qaydada aparılmalıdır.

 

Qalxanvari vəzin müayinəsinin aparılması üçün sizin səbəbləriniz. (tıklayın)►►►

Diqqət yetirin:

  1. əmək fəaliyyəti zərərli peşə amilləri ilə bağlıdır, məsələn, bilgisayarda iş və ya tez-tez iqlim zonalarının əvəzlənməsi ilə yerdəyişmələr;
  2. yaşınız 40-dan artıqdır və heç bir zaman qalxanvari vəzin müayinəsi aparılmayıb;
  3. hormonal preparatların qəbulu;
  4. qalxanvari vəzin xəstəliklərinə bağlı əlverişsiz irsiyyət;
  5. Sizdə və yaxud qohumlarınızda şəkərli diabet;
  6. hamiləlik planlaşdırırsınızsa və ya uşaq gözləyirsinizsə (USM qətiyyən zərərsizdir).

35 yaşdan artıq bütün insanlara profilaktik olaraq qalxanvari vəzin USM-dən keçmək tövsiyyə olunur.

 

 

Prostatın ultrasəs müayinəsi. Müayinə ocaqlı zədələnmələri, iltihabi dəyişiklikləri, kistaları və düyünlü törəmələri aşkar edən ən mühüm diaqnostika alətidir. Yüksək peşəkarlığa malik həkimlərimiz tərəfindən yüksək keyfıyyətli avadanlıqla, əlverişli qiymətə və istədiyiniz vaxta müayinəyə yazılmaq imkanı, optimal iş qrafıki və klinikalaramızın rahat yerləşməsi ilə qalxanvari vəzin mükəmməl müayinəsini aparırıq.
Prostatın USM-i diaqnozun qoyulması və aparılan müalicəyə nəzarət üçün nəzərdə tutulub, iki üsulla aparılır: dolu sidik kisəsi ilə qarın boşluğundan, həmçinin düz bağırsaqdan. 

İkinci üsul daha üstündür, belə ki, skanerləyən sensora daha yaxın yerləşməsi sayəsində prostat toxumalarının strukturunu düzgün müayinə etməyə və qiymətləndirməyə imkan verir.

Prostatın transrektal USM-nə necə hazırlaşmalı? (tıklayın)►►►

Bağırsaq imalə ilə axşam və növbəti gün səhər müayinə öncəsi təmizlənməlidir. Diaqnostik kabinetdə pasiyentə taxta sol böyrü üstə uzanmağı təklif edəcəklər, ayaqları dizlərdə büküb qarına doğru gətirmək lazımdır. Ultrasəs ötürücüyə mütləq ultrasəs müayinə üçün xüsusi prezervativ geyindiriləcək.

 

 

Prostatın USM-i nə üçün təyin olunur? (tıklayın) ►►►

Bağırsaq imalə ilə axşam və növbəti gün səhər müayinə öncəsi təmizlənməlidir. Diaqnostik kabinetdə pasiyentə taxtda sol böyrü üstə uzanmağı təklif edəcəklər, ayaqları dizlərdə büküb qarına doğru gətirmək lazımdır. Ultrasəs ötürücüyə mütləq ultrasəs müayinə üçün xüsusi prezervativ geyindiriləcək. Məqsəd xəstəliyin səbəbinin təyini və mümkün ola bilən fəsadların qarşısının alınmasıdır. Qarın boşlugu üzərindən aparılan skanerlənmə prostatın ölçülərini, simmetriliyini və sidik ifrazından sonra qalan sidiyin həcmini göstərir. Rektal üsulla müayinə isə prostat vəzinin strukturdaxili dəyişikliklərini, həmçinin, bədxassəli törəmələrin tez-tez lokalizə olduğu ətraf toxumanı qiymətləndirir. Bu üsulun xüsusiyyəti ondan ibarətdir ki, o, vəzin patologiyasını digər xəstəliklərdən differensiasiya etməyə kömək edir və onun köməyi ilə kifayət qədər dəqiq biopsiya aparılır. Prostatın USM-si ilə kəskin və xroniki prostatit, vezikulit, epididimit xəstəlikləri təyin edilir. Abses tipli irinli ocaqlar, kalsifikasiya olunmuş axarlar, adenomatoz düyünlərli xoşxassəli hiperplastik dəyişikliklər, bədxassəli törəmələr aşkar olunur. Doppler ultrasəs müayinəsinin ortaya çıxması ilə parallel olaraq kiçik çanaq orqanlarında venoz qan dövranının pozuntularını aşkarlamaq imkanı yaranmışdır ki, bu da kiçik çanaqda durğunluq əlamətlərini daha dəqiq diaqnostika etmək imkanı vermişdir. Aparılmış ultrasəs müayinəsi nəinki pasiyentin sonrakı müalicəsini korreksiya etməyə, hətta perspektivdə patoloji prosesi prognozlaşdırmağa kömək edəcək.

 



Ultrasəs müayinəyə +994 12 4970 911 telefon nömrəsinə zəng etməklə yazılmaq olar