Estetik müalicə





 

Saç tökülmə problemi Yer kürəsinin kişi və qadın əhalisinin böyük əksəriyyətini narahat edir. Baxmayaraq ki, daz kişilər heç bir zaman öz vəziyyətləri ilə barışmırlar, ancaq yenə də, onlar tədricən özünə inam və qürur hissini itirirlər, gec-tez onlarda həyata maraq zəifləyir, və bu da, şübhəsiz ki, onların talelərində özünə məxsus iz qoyur.

Bu problemi anlamaq üçün dazlaşmanın inkişaf mexanizminə qısaca toxunsaq məqsədə uyğun olardı. Saç tökülmənin səbəbindən asılı olaraq dazlaşmanın bir neçə növünü ayırd edirlər – ocaqlı dazlaşma, diffuz dazlaşma və androqen dazlaşma. Həmçinin başın saçlı hissəsinin zədə və yanıqlardan sonra olan çapıqlar nahiyəsində dazlaşma. Daha çox tezliklə “kişi” tip, və ya başqa sözlə, “androqen” dazlaşmaya rast gəlinir ki, ondan, bu və ya digər dərəcədə, dünyanın 20 yaşdan 60 yaş arası kişi əhalisinin üçdə biri əziyyət çəkir.

ABŞ və Avropanın aparıcı klinikaları ilə yanaşı bizim klinikamızda da son illər ərzində təkmilləşdirilmiş follikulyar mikrotransplantasiyanın unikal texnoloqiyası istifadə olunur. Saç köçürülməsi yalnız follikulyar birləşmə ilə aparılır ki, o da tüklü baş dərisinin morfo-funksional vahididir və özündə birdən üçə qədər saç soğanağı birləşdirir. Bu metodika ən yaxşı nəticələr və maksimal təbiilik effekti verir.

Əməliyyatın müddəti köçürülən qraftların miqdarından asılıdır və ortalama 2-5 saat təşkil edir. Pasiyent rahat qoltuqlu kürsüdə yerləşdirilir, televizora baxa, musiqi dinləyə bilər. Bir sözlə, saç köçürmə üzrə bütün manipulyasiyalar, bir qayda olaraq, pasiyent üçün, demək olar ki, ağrısıq həyata keçirilir. Artıq transplantasiyadan bir sutka sonra başı şampundan istifadə etməklə yumaq və aktiv həyat tərzi aparmaq olar. Yeni saçların inkişafı 1,5-2 ay sonra başlayacaq və bütün qalan ömür boyu davam edəcəkdir. Köçürülmüş saçlar özlərində bütün təbii keyfiyyətləri qoruyub saxlayırlar və xüsusi qulluq tələb etmirlər. Onları qırxmaq, boyamaq və s. olar. 

Estetik təbabət bölməsinin ardına keçmək.

Bizim klinikamızda müvəffəqiyyətli saç köçürmələrin bir neçə nümunəsi (baxmaq).

Bizim klinikamıza zəng edin, Biz Sizə problemlərinizin ən yaxşı həlli yolunu məsləhət görərik.


Tel: +994 12 4970911,