Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Elçin Əfəndiyev
Uronefrolog

Uronefroloq, androloq, 25 ilə yaxın iş stajı ilə t.e.n.-dir.




 

 

1998-ci ildə Azərbaycan tibb institunun müalicə-profilaktika fakültəsini bitirib. Aztibbinstitunun Urologiya ixtisası üzrə klinik ordinaturasını bitirdikdən sonra 1996-ci ildən 1998-ci ilədək eyni ixtisasla aspiranturanı keçib. Namizədlik dissertasiyası müdafiə edib.

1998-ci ildən hal-haziradək Aztibbinstitunun Urologiya kafedrasında işləyir. 30-dan çox elmi işin müəllifidir. Azərbaycan və xaricdə (Rusiya, Avstriya, Almaniya, Türkiyə, Ukrayna) keçirilən müxtəlif elmi simposiumlarda iştirak edib.

Avropa uroloqlar; Azərbaycan uroloqlar; Azərbaycan androloqlar assosiasiyalarının üzvüdür. Urologiya və andrologiya üzrə Azərbaycan, Avstriya, Türkiyədə təkmilləşməni keçib.

Sidik-cinsiyyət sistemi orqanlarında 2000-ə yaxın açıq və endoskopik əməliyyatlar aparmış əməliyyatçı uroloqdur. Müalicə işini elmi və tədris fəaliyyəti ilə yanaşı aparır. Əsas professional üstünlükləri: kişi sonsuzluğunun operativ müalicəsi; sidik daşı xəstəliyinin operativ və endoskopik müalicəsidirlər.