Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Zaur Səfərov
Cərrah-onkoloq

T.E.N.İxtisası üzrə iş stajı 20 il.




 

Səfərov Zaur Azər oğlu. Həkimlik fəaliyyətinin əsas istiqamətl:döş qəfəsi və qarın boşluğu orqanlarının onkoloji patologiyası ilə olan xəstələrin cərrahi müalicəsi.Əsasən bunlar ağciyər,mədə,yoğun bağırsaq şişləri ilə olan pasientlərdir.

1987-ci ildə Novosibirsk Tibb institutunu bitirib.Altay diyarının Blaqoveşensk rayon xəstəxanasında cərrahiyə üzrə internatura keçib.1988-1991-ci illər Altay diyarının Suet rayon xəstəxanasının cərrahiyə şöbəsinin müdiri vəzifəsində işləyib.1991-ci ildə onkologiya üzrə ATU-nə klinik ordinaturaya daxil olmuş,1993-cü il oranı bitirmiş və həmin il aspiranturaya daxil olmuş,1996-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.Dissertasiyanın mövzusu “Osteogen sarkomalarda araxidon turşusunun metabolitləri və onların kinik əhəmiyyəti”.Rusiya Federasiyası Elmlər Akademiyası tərəfindən tibb elmləri namizədi diplomu verilmişdir(22.06.1996).

1998-ci ildə Moskva şəhəri RTEA-nın Onkoloji elmi mərıkəzinin torakal cərrahiyə şöbəsində 1 il təcrübə keçmişəm.Ümumi iş stajı 26 ildir.ATU-nin onkoloji klinikasında döş qəfəsi və qarın boşluğu orqanlarında onlarla müstəqil cərrahi əməliyyatlar aparmışam.127 elmi məqalələri və tezisləri həm öz ölkəmizin,həmdə xarici ölkələrin tibb jurnallarında çap olunmuşdur.Elmi qurultay və konfransların Rusiyada,Gürcüstanda və Daniyada iştirakçısı olmuşdur.