Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Konstantin Muxin
Nevropatolog

T.e.d., professor, epileptologiya üzrə mütəxəssis.




 

MUXİN Konstantin Yuryeviç Tibb elmləri doktoru, professor, RQMU həkimlərin təkmilləşdirmə fakültəsinin nevrologiya və epileptologiya kafedrasının müdiridir. Svyatitel Luka adına uşaq nevrologiyası və epilepsiya İnstitutunun Klinikasının rəhbəridir.

1984-cü ildə N.İ. Piroqov adına 2-ci MOLQMİ-nun pediatrik fakültəsini fərqlənmə ilə bitirib. Klinik ordinaturada ixtisaslaşmanı akademik L.O.Badalyanın rəhbərliyi altında pediatrik fakültənin sinir xəstəlikləri kafedrasında keçib. Professor P.A. Tyominin tələbəsidir. 1986-cı ildən 1990-cı ilədək praktiki səhiyyədə uşaq nevrologiyası şöbəsinin rəhbəri işləyib. 1990-cı ildən 2010-cı ilədək RQMU-nin sinir xəstəlikləri kafedrasında professor vəzifəsində işləyib. 1990-cı ildə epilepsiyiya həsr olunmuş namizədlik dissertasiyasını, 1997-ci ildə isə “İdiopatik generəlizə olunmuş formalı epilepsiyalar: diaqnostika və müalicə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib».

K.Y.Muxin böyük müəllimlik, elmi və müalicəvi iş aparır. Klinik bazaları kurasiya edir və Rusiya uşaq klinik və 6 saylı uşaq psixiatrik xəstəxanalarında konsultasiyalar aparır. Əsas elmi və praktiki marağı – uşaqlarda epilepsiya, klinik elektroensefalopatiyadır. Epilepsiya üzrə soraq kitabçası və epilepsiyanın elektro-kliniki diaqnostikası atlası daxil olmaqla 5 monoqrafiyanın müəllifidir. Mərkəzi mətbuatda, o cümlədən xarici mətbuat da daxil olmaqla, 150 nəşrin müəllifidir. Video-EEQ monitorinq laboratoriyasının elmi konsultantıdır.

Xaricdə işləyib (Almaniya, Fransa, İtaliya), Almaniyadan olan mütəxəssislər ilə (professor X.Xoltxauzen, X. Fon Foss) müştərək tədqiqatları davam etdirir. K.Y. Muxin Avropa Epilepsiya Akademiyasının (EUREPA) həqiqi üzvü və ekspertidir, uşaq nevroloqiyası Rus jurnalının baş redaktorun müavini və həmtəsisçisidir (professor A.S.Petruxin ilə müştərək olaraq). RQMU-nin həkimlərin təkmilləşdirmə fakültəsində Rusiya və MDB həkimlərinə nevrologiya və epileptologiya üzrə tədrislər aparır.

K.Y. Muxin epilepsiyanın diaqnostikasını aparır (xəstəliyin dəqiq formasını təyin edir), epilepsiyanın qeyri-epileptik tutmalar (bayılmalar, nevrotik tutmalar və s.) ilə differensiasiyasını aparır, xəstəliyin səbəblərini aşkar edir, medikamentoz müalicə aparır. Müalicəvi kömək epilepsiyanın ən müasir preparatlardan istifadə etməklə müalicə üzrə müasir Avropa protokoluna və, həmçinin, 25 ildən artıq olan epilepsiya ilə xəstə uşaqlarla praktik iş təcrübəsinə əsaslanaraq individual antiepileptik preparatların seçimini özündə əks etdirir.