Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Aleksey Xolin
Nevropatolog

Uşaq nevropatoloqu, epileptoloq, kliniki neyrofizioloq, t.e.n-dir.




 

Xolin Aleksey Aleksandroviç 1998-ci ildə Rusiya dövlət tibb universitetinin pediatrik fakültəsini fərqlənmə ilə bitirib. 1998-ci ildən 2000-ci ilədək RQMU-nin pediatrik fakültəsinin nevrologiya kafedrasında “sinir xəstəlikləri” istisasında klinik ordinaturanı keçib.

1999-cu ilin fevral ayından Rusiya uşaq kliniki xəstəxanasının psixonevrologiya və epilepsiya şöbəsində işləyir.1999-cu ildən video-EEQ monitorinq metodikası ilə məşğuldur. Xolin A.A. 2002-ci ildən RMQU-nin pediatrik fakültəsinin nevrologiya və neyrocərrahiyyə kafedrasının assistentidir.

2005-ci ildə “Epilepsiyanın körpə və erkən uşaq formalarının yaş və farmakoinduksiya edilmiş təkamülü” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2002-2007-ci illərdə xaricdə təcrübə keçən zaman “10-10” sxemi üzrə çoxkanallı intensiv video-EEQ monitorinq, sfenoidal elektrodların implantasiya texnologiyası və intraoperativ elektrokortikoqrafiya daxil olmaqla epilepsiyalı xəstələrin əməliyyat öncəsi və intraoperativ neyrofizioloji müayinə metodlarına yiyələnib.

30-dan çox elmi işin müəllifidir, “Epilepsiyanın elektro-kliniki diaqnostikası atlası”nın və 2 monoqrafiyanın həmmüəllifidir.