Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Andrey Petruxin
Nevropatolog

Professor, epileptologiya üzrə mütəxəssis.




 

Petruxin Andrey Serqeyeviç – tibb elmləri doktoru, professordur.

1968-ci ildə N.İ.Piroqov adına 2-ci Moskva dövlət tibb unstitutunu (hazırda Rusiya dövlət tibb universiteti adlanan) bitirdikdən sonra klinik ordinaturaya qəbul olunur, sonra isə öz təhsilini pediatrik fakültənin sinir xəstəlikləri kafedrasında aspiranturada davam etdirir.

Aspiranturanı bitirdikdən sonra Andrey Serqeyeviç yeni yaradılmış pediatrik fakültədə nevrologiyanı tədris etmək üçün Vladivostok dövlət tibb institutundan iş təklifi alır. Məhz Vladivostokda o, yüksək ixtisaslı həkim kimi püxtələşir və öz nozoloji polimorfizmi və ağır təzahürləri ilə fərqlənən sinir sistemi patologiyalı uşaqlarının müalicəsində böyük praktiki təcrübə qazanır.

1975-ci ildə A.S. Petruxin “ Bətndaxili hipoksiya keçirmiş uşaqlarda hərəki funksiyalar” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Bu işində o, ilk dəfə Sovetlər Birliyində bir yaşına qədər uşaqlarda istifadə olunmuş stimulyasion mioqrafiya metodunu təsvir edirdi və göstərdi ki, sinir ilə oyanmanın yayılma sürəti uşağın sinir sisteminin yetişkənlik meyarı ola bilər və eyni zamanda hərəki pozuntuların ağırlıq dərəcəsini qiymətləndirmək üçün istifadə edilə bilər.

1976-ci ildən Andrey Serqeyeviç Rusiya dövlət tibb universitetinin sinir xəstəlikləri kafedrası nəzdində klinik genetika laboratoriyasında baş elmi işçi kimi işləyib. Məhz bu laboratoriyada onun alimlik istedadı özünü birüzə verdi, onun tərəfindən insanın xromosom sindromları kataloqu yaradıldı və dünyada ilk dəfə olaraq uşaqlarda xromosom anomaliyalar zamanı sinir-psixi pozuntular və beyin malformasiyasının xarakterləri təsvir edilmişdir. “Beyin dizqeneziyası” mövzusunda olan doktorluq dissertasiyasını müdafiədən sonra Andrey Serqeyeviç Rusiya dövlət tibb universitetində yenicə yaradılmış kliniki genetika kafedrasında professor kimi fəaliyyət göstərib.

1991-ci ildə o, professor adına layiq görülür. 1994-cü ildən Andrey Serqeyeviç kafedraya başçılıq edir. A.S.Petruxinin rəhbərliyi altında sinir-əzələ xəstəliklərinin, neyroinfeksiyaların, sinir sistemi perinatal zədələnmələrinin tədqiqatları davam etdirilir, epilepsiyanın klinikası, diaqnostikası və müalicəsi, həmçinin uşaqlarda davranış pozuntuları sahələrində yeni perspektiv işlər aparılır. Andrey Serqeyeviç uşaq nevrologiyasının inkişafını əhəmiyyətli dərəcədə zənginləşdirib, onun araşdırmaları özünün dərinliyi, yanaşmanın originallığı, nəzəri və praktiki nevrologiyanın vacib problemlərinin müvəffəqiyyətli həlli nəticələri ilə seçilir. Uzun illər boyu o, RF Səhiyyə Nazirliyinin ştatdan kənar baş uşaq nevroloqu olub. Onun rəhbərliyi altında dünyada ilk dəfə olaraq uşaqlarda epilepsiyanın müalicəsi üzrə Rusiya Milli proqramına daxil olan uşaq yaşlarında epilepsiyanın müalicəsində protokollar və standartlar hazırlanıb.

Məhz epilepsiyaya uşaq yaşlarında ən çox yayılmış xroniki xəstəlik kimi A.S. Petruxin son illərdə daha çox diqqət ayırır, bu sahədə Rusiyanın praktiki həkimləri üçün ixtisas artırma çərçivəsində məktəb və seminarlar keçirir. Andrey Serqeyeviçin təşəbbüsü ilə 2000-ci ildən kafedra nəzdində praktiki həkimlər üçün ixtisas artırma kursu yaradılmışdır. Böyük praktiki və pedaqoji iş təcrübəsinə əsaslanaraq o, həkimlər üçün bu gün fundamental olan “Uşaq yaşlarının epileptologiyası” müasir dərsliyini yaratmağa nail olmuşdur.

2004-cü ildə onun tərəfindən pediatrik fakültənin tələbələri üçün “Uşaq yaşlarının nevrologiyası” adlı neyrobiologiya və molekulyar genetikanın müasir nailiyyətlərinə əsaslanan yeni dərslik yazılmışdır, bununla da o, uşaq yaşlarının sinir sistemi xəstəliklərini təkamül-yaş nöqteyi-nəzərində göstərərək L.O.Badalyanın arzusunu reallaşdırmışdır. A.S. Petruxinin – perinatal nevrologiyada ən nəhəng mütəxəssislərdən biri olan – birbaşa iştiraki ilə Rusiyada ilk dəfə olaraq sinir sistemi perinatal zədələnmələrinin müasir Təsnifatı yaradılmışdır.

Onun rəhbərliyi altında 20-dən çox namizədlik və 10-dan çox doktorluq dissertasiyası müdafiə olunub, A.S. Petruxin 5 monoqrafiya daxil olmaqla 200-dən çox elmi işin müəllifidir. Andrey Serqeyeviç beynəlxalq aləmdə tanınır. O, Böyük Briyaniyanın Kral tibbi cəmiyyətinin, uşaq nevroloqlarının Beynəlxalq assosiasiyasının, epilepsiya Avropa akademiyasının, Ümümrusiya nevroloqlar cəmiyyətinin Prezidiumunun həqiqi üzvüdür, o cümlədən, “Nevroloji jurnal”ın redkollegiyasının üzvüdür.