Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Rüstəm Hüseynov
Həkim-neonatoloq

27 ildən artıqdır ki reanimatoloq-neonatoloq kimi fəaliyyət göstərir.




 

Hüseynov Rüstəm Hüseynəli oğlu 1984-cü ildə N.Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunu bitirmişdir. 1990-cı ildən indiyədək mama-ginekologiya ETİ-da yenidoğulmuşların reanimasiyası və intensiv terapiyası şöbəsinin müdiri vəzifəsində çalışır.

1985-1988-ci illərdə Sumqayıt şəhəri uşaq xəstəxanasının reanimasiya və intensiv terapiya şıbəsində həkim-reanimatoloq vəzifəsində, 1988-1990-cı illərdə isə mama-ginekologiya ETİ-da klinik ordinator kimi işləmişdir. 30-dan artıq çap əsərlərinin və elmi məqalələrin müəllifidir.

Təkmilləşdirmə kurslari: Moskva şəhəri ÜETM UASM-də kliniki ordinatura, yenidoğulmuşların ilkin reanimasiyası sikli, Bakı şəhəri.

1988-ci ildə Azərbaycan Respublikasında CPAP tənəffüs metodikasını və doğuş müəssisələrində parenteral qidalanmanı ilk dəfə tətbiq etmişdir. «Yenidoğulmuşların ilkin reanimasiyası» və «Sağlam yenidoğulmuşlara qulluq» respublika klinik protokollarinin yaradıcılarından biridir.

20000-dən artıq uşaq və körpə müalicə etmişdir.