Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Viktor Çadayev
Nevropatolog

Tibb elmləri namizədi, nevroloq, epileptoloq.




 

 

ÇADAYEV Viktor Alekseyeviç FUV Rusiya Dövlət Tibb Universitetinin nevrologiya və epileptologiya kafedrasının dosenti, tibb elmləri namizədi, nevroloq, epileptoloqdur. Epilepsiyanın cərrahiyyə öncəsi diaqnostikası üzrə istisaslaşır.

1997-ci ildə Rusiya Dövlət Tibb universitetini bitirib və helə həmin zamandan ordinator, aspirant, assistent kimi Rusiya Dövlət Tibb Universitetinin uşaq nevrologiyası və neyrocərrahiyyəsi kafedrasında təhsil alıb və işləyib. Hal- hazırda FUV RQMU-nin nevrologiya və epileptologiya kafedrasının dosentidir. Svyatitel Luka adına uşaq nevrologiyası və epilepsiya İnstitutunun əsası qoyulan gündən onun əməkdaşıdır.

Maraq dairəsi epilepsiyanın cərrahi müalicəsi və, həmçinin, rezistent formalı (antiepileptik preparatlarla müalicəyə dayanıqlı)epilepsiya, hərəki və koqnitiv pozuntular ilə olan uşaqlara köməkdir. Dəfələrlə tibbin adı çəkilən sahələri üzrə Münxenin (Almaniya) iri uşaq nevroloji mərkəzində təlim və təcrübə keçib. Rusiyada birincilərin siyahısında yüksək dəqiqliyə malik uşaqların müayinə metodikalarından istifadə etməyə başlayıb: “10-10” beynəlxalq montaj sxeminin rekonstruksiyası ilə çoxsutkalıq video-EEQ-monitorinqini və baş beyinin yüksək imkanlı maqnit-rezonans müayinələrini, həmçinin, maqnitoensefaloqrafiyanın ən müasir yüksək texnologiyalı metodlarını və maqnit-rezonans tomoqrafiyasının funksional imkanlarını.

Pasiyentin neyrocərrahi əməliyyata hazırlıq prosesində maksimal effektdən savayı əsas məsələ mümkün ola bilən funksional defisitin risklərinin minimuma endirilməsidir. Bundan ötrü, Almaniyadan mənimsənilərək müvəffəqiyyətlə Rusiyada kliniki praktikaya Vadın lateralizə edici nitq testi (Rus, Azərbaycan, Ukrayna dillərində həyata keçirilir), sfenoidal və nazofaringeal elektrodların implantasiyası, transkranial kortikal maqnit stimulyasiyası, həmçinin, uzun müddətli subdural elektrodların implantasiyası, kortikal stumulyasiya və kortikoqrafiya tətbiq ediliblər. Müalicə effektini artırmaq məqsədi ilə aparıcı Rusiya və beynəlxalq laboratoriya və klinikalar ilə əməkdaşlıq edir. Müalicənın vacib hissəsinin xəstənin ailəsi və xəstə ilə tam etibarlıq və məlumatlandırılmış razılıq oldugunu hesab edir.