Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Adil İsayev
Cərrah

T.E.N.İs stajı-28 il.




 

İsayev Adil Paşa oğlu. Hal-hazırda Mərkəzi Neftçilər Xəstəxanasının ümumi və endoskopiya cərrahiyəsi şöbəsinin cərrahıyam

Həkimlik fəaliyyətinin əsas istiqaməti:qarın boşluğu orqanlarının təcili cərrahiyəsi və endoskopik,laporoskopik cərrahiyə.İxtisası üzrə iş stajı-28 il,endoskopik cərrahiyə ilə 2002-ci ildən məşğulam. 1983-cü ildə N.İ.Piroqov adına 2 №-li Moskva Tibb İnstitutunu bitirib.1983-1985-ci illərdə Petrovski adına Ümumittifaq cərrahiyə institutunda “Qaraciyər və öd yolları cərrahiyəsi” istiqamətində klinik ordinatura keçib.Adı çəkilən mövzu üzrə 1990-cı ildə namizədlik dissertasiyasının müdafiə etmişdir.Tibb elməri nazimədidir.40 məqalənin müəllifidir.1990-2001-ci illər ərəfəsində ATU ümumi cərrahiyə kafedrasının assistenti işləmişdir.2001-2003-cü illərdə Leyla Şıxlinskaya klinikasında cərrah işləyib .

2002-ci ildə Seçenov adına Moskva Tibb Akademiyasında endoskopik cərrahyə üzrə kurs keçmişdir.28 il ərəfəsində qarın boşluğunun bütün növ cərrahi müdaxilələrini mənimsəyib.

Cərrahi müdaxilələr -mədə razeksiyası,appendektomiya,alloplastika ilə bütün növ yirtığlar,dalaq,qaraciyər exinokokk əməliyyatları,nazik və yoğun bağırsaq rezeksiyaları,splenektomiya,açıq və laparoskopik üsullarla xolesestektomiya (təxminən 800 laparoskopik xolesestektomiya),mexaniki sarılıq zamanı əməliyyatlar-xoledoxolitotomiya,xoledoxoduodenoanastamozı,papillomatomiya.Təcili situasiyalarda ginekoloji əməliyyatlar,nefrektomiya.