Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Rüfət Cəmilov
Həkim-kardioloq

Əmək stajı-25 ildən yuxarı,t.e.n.




 

Cəmilov Rüfət Rüstəm oğlu.Akademik D.M.Abdullayev adına Kardiologiya elmi-tədqiqat institutunun miokard infarktı laboratoriyasının rəhbəridir,tibb elmlər namizədidir,baş elmi işçidir.

Həkimlik fəaliyyətinin istiqamətləri: kardioloji xəstələrin diaqnostika və müalicəsi.İxtisası üzrə iş stajı 27 il,ümumi iş stajı 30 il.

1982-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. Akademik D.M.Abdullayev adına Kardiologiya elmi-tədqiqat institutunda internaturanı bitirdikdən sonra,1983-1986-cı illərdə Sumqayıt şəhərində sahə həkimi vəzifəsində çalışıb.1984-cü ildən Kardiologiya elmi-tədqiqat institutunda əsas işini həkim-reanimatoloqun işi ilə birgə aparıb.1987-ci ildən akademik D.M.Abdullayev adına Kardiologiya elmi-tədqiqat institutunun miokard infarktı laboratoriyasına daimi işə qəbul edilib və burada kiçik elmi işçi vəzifəsindən laboratoriya rəhbəri vəzifəsinə kimi yol keçmişdir.1997-ci ildə “Postinfarkt kardiosklerozlu xəstələrdə ürək kameralarının funksional vəziyyəti” namizədlik dissertasiyasını müdafiə etmişdir.21 nəşr olunmuş işi və müəllif şəhadətnaməsi(exokardioqrafiyanın kontrast üsulu) var.

Təkmilləşdirmə kursları:

1984-cü il- anesteziologiya -Bakı şəhəri;

1985-ci il –ürək stimulyasiyasının diaqnostikası,elektrokardiostimulyasiya və ritm pozğunluğu mərkəzi,Kaunas şəhəri;

1987-ci il-ürəkdaxili müayinə üsulları,A.N.Bakulev adına ürək-damar cərrahiyəsi institutu,Moskva şəhəri;

1989-cu il –kliniki elektrokardioqrafiya,Həkimləri təkmilləşdirmə institutu,Bakı şəhəri.

Kardioloji xəstələrin müalicə və diaqnostikasının müasir üsullarını bacarır.