Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Rauf Bəylərov
Həkim-pediatr

Nefrologiya, t.e.n., iş stajı 25 ildən artıqdır.




 

Bəylərov Rauf Oruc oğlu. İş yeri - Azərbaycan Tibb Universitetidir, uşaq xəstəlikləri propedeftikası kafedrasının dosentidir. 1985-ci ildə institutu bitirib. Həkim fəaliyyətinin təmayülü – nefrologiya, pediatriya, pediatrik, stomatoloji, tibbi-profilaktik və hərbi fakültələrin 3-5 kurs tələbələrinə mühazirələrin keçirilməsi, pediatrik fakültənin 6-cı kurs tələbələrinə praktiki tədrislər, pediatrik fakültənin rezidentləri ilə iş, xəstələrin konsultasiyalarıdır.

(1978-79) Respublika klniki uroloji xəstəxanada əməliyyat blokunun sanitarı.

(1982-85) 2 saylı Şəhər klinikasının reanimasiya və anestiziologiya şöbəsində tibb qardaşı.

(1985-86) Şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında həkim-intern.

(1987-89) Əli-Bayramlı Şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında həkim-pediatr.

(1989-1992) RF TEA Rusiya pediatriya institutunun nefroloji mərkəzində aspirantura.

(1993 – bu günədək) ATU.

(1994-2011) müxtəlif beynəlxalq və qeyru-hökümət təşkilatlarında (ÜST, UNICEF və s.) döşlə qidalandırma üzrə konsultant. Əmək stajı: 39 ildir.Aspirantura:

(1989-1992) RF TEA Rusiya pediatriya institutunun nefroloji mərkəzində aspirantura.

50-dən çox elmi işi nəşr olunmuşdur.

Təkmilləşmə kursları:

1987-ci il – təxirəsalınmaz pediatriya üzrə. İstifadə olunan müalicə metodikaları: nefroloji və revmatik xəstələrin müasir müalicə metodları.

Əlavə olaraq şəxsi müalicə metodikaları: Ölkədə ilk dəfə olaraq nefrotik sindromun puls-terapiya və lyupus-nefritin müalicə metodları tətbiq edilmişdir.