Şəhsi kontraseptiv metodu seçilməsi





 

Müasir ginekologiya, nəhayət ki, qadınları gizli abortların ölüm təhlükəsindən xilas etdi. Bir halda ki, hamiləliyin planlaşdırılması o qədər də çətin deyil, belə ki, oral və digər kontraseptivlərdən istifadənin düzgün qaydaları mövcuddur ki, bu sahədə də sizə həkim-ginekoloqlar yaxından köməklik edə bilər. Eyni zamanda da müayinənin keçirilmə müddəti 1-2 gün, nəticələri isə 3 gündən sonra bəlli olur.

Müayinə proqramının nümunəsi:

  • Həkimlə söhbət (anamnezin toplanması, müayinə proqramlarının formalaşdırılması)
  • Qan, sidik və yaxmanın laborator müayinəsi .
  • Böyrəklərin və kiçik çanaq orqanlarının(böyrəklər, böyrəküstü vəz, sidik kisəsi, uşaqlıq, yumurtalıqlar), qalxanabənzər və süd vəzilərinin ultrasəs müayinəsi.
  • Cinsi yolla ötürülməsi ehtimal olunan infeksiyaların müayinəsi.
  • Hormonal status(qadın cinsi hormonları və qalxanabənzər vəzin hormonları).
  • Yekun söhbət və müayinələrin nəticələrinin müzakirəsi, tövsiyə olunmuş müalicənin inkişaf proqramının, yaxud da müalicə kursunun təyinatı.