Laboratoriya

21 sen. 2013


MediClub klinikasında onkoloji, endokrinoloji, ürək-damar, mədə-bağırsaq və tənəffüs orqanları xəstəliklərinə, kişi və qadın sonsuzluğuna meylliyi, həmçinin, hamiləlik dövründə mümkün ola bilən pozuntuları və döl xəstəliklərini, hər iki valideyndə geniş yayılmış xəstəliklərin gizli daşıyıcılığını aşkar edən genetik müayinələr həyata keçirilir. Müayinə üçün material – bukkal epitel, pambıq applikatorla yanağın selikli qişasından götürülür. Prosedura ağrısız və tam təhlükəsizdir! Hətta yeni doğulmuş körpələrə belə tətbiq oluna bilər. Analiz ömürdə bir dəfə aparılır, əldə olunan məlumat həm müayinə olunan pasiyent, həm də onun övladları üçün mühüm əhəmiyyət kəsb edir.