Hamiləliyin planlaşdırılması və hamiləliyə hazırlıq





 

Körpənin doğulmasına dair keçirilən hazırlıq mərhələsi çox məsuliyyətli bir iş hesab olunur. Gələcəkdə hamiləliyin özündə, doğuşda və körpənin sağlamlığında heç bir problemin yaranmaması naminə, ilk öncədən hamiləliyə hazırliq vacibdir. Əgər hamiləliyi planlaşdırırsınızda, o zaman ilk növbədə nədən imtina etməyə, hansı müayinələri yerinə yetirməyə diqqət yetirməniz labüddür?

Hamiləliyi planlaşdırmaqda olan qadının sağlamlığı, hamiləlik müddətində mənfi təsirə səbəb olan xəstəliklərin istisna olunması, eləcə də sağlam körpə gələcəyinin təmin olunması proqramın qarşıya qoyduğu başlıca məqsəddir.Belə olan halda, əgər siz hamiləlikdən qorunmaq üçün hormonal kontraseptivlərdən istifadə edirsinizsə, gərək planlaşdırdığınız hamiləlik vaxtına qədər hələ minimum 2-3 ay öncədən onların qəbulunu dayandırasınız. Hamiləliyin planlaşdırılmasına hələ 3 ay qalmışdan sinir borusu qüsurlarının meydana çıxma riskinin aşağı salınması məqsədilə fol turşusunun qəbulu məsləhət görülür.

Əgər siqaret çəkirsinizdə, o zaman, çalışmalısınız ki, bu adətinizdən imtina edəsiniz. Belə ki, siqaret çəkmə ilə dölün ləng inkişafı arasında əlaqənin olduğuna dair sübut olunmuş faktlar mövcuddur. Bundan başqa siqaret çəkmə hamiləliyin gedişi, eləcə də körpənin baş-beyin funksiyalarındakı pozğunluqların yaranma riskinin artmasına səbəb olan amillərdən biridir. Əgər hamilə qalmağa cəhd göstərirsinizsə, o zaman spirtli içkilərin qəbuluna məhdudiyyətlər qoymalısınız. Siz nə zaman hamiləliyin başlayacağından xəbərsiz ola bilərsiniz, lakin həmin vaxt, hamiləliyin ilk həftələrində, gələcək körpənin orqanlarının qurulduğu anda alkoqolun təsiri çox təhlükəli və riskli patoloji halların yaranmasına səbəb ola bilər . 

Hamiləliyə başlamazdan əvvəl rentgen müayinəsindən keçin. Həmin vaxt peyvəndin də yerinə yetirilməsi daha məqsədəuyğun olardı. Bəzi vaksinlərin vurulması belə anlarda heç də təhlükəli hesab olunmur. Lakin məxmərək kimi peyvəndin hələ hamiləliyin planlaşdırıldığı andan 3 ay öncə edilməsi zəruri hesab olunur. Əgər hər hansı bir xəstəliyiniz varsa və buna müvafiq olaraq dərman preparatları qəbul edirsinizsə, o zaman bütün bunların hamiləliyə toksiki təsiri haqda həkim-ginekoloqunuzla məsləhətləşin. Ola bilsin ki, hamiləlik dövründə sizə səhhətinizə və körpənizə zərər verməyəcək digər əvəzləyici preparatlar təyin edilsin.

Yaşdan asılı olaraq somatik xəstəliklərin mövcudluğu, əvvəlki hamiləlik müddətindəki xüsusiyyətlərinə və həkimin geniş müzakirəli konsultasiyasından sonrakı nəticələrə əsasən təyin edilmiş proqramın bazasını genişləndirə bilər. Sağlam bir körpəni daşımaq və dünyaya gətirmək üçün evli cütlüyün hamiləlikdən öncə belə təsir edə biləcək təhlükəli infeksiyaların olmadığına əminlik nöqteyi nəzərindən analizlərinin verilməsi zəruri hesab olunur.

Hamiləlikdən öncə həyat yoldaşınızla birgə ginekoloqa müraciət etməyiniz daha məqsədəuyğun olardı. Hamiləliyə hazırlıq proqramının hələ hamiləliyin planlaşdırılmasından 3 ay öncədən keçirilməsi məsləhət görülür. Belə olan halda müayinə zamanı aşkarlana bilən əksər problemlər bu dövr ərzində öz həllini tapa bilər.