Hamiləliyin idarə edilməsi. Doğuşa hazırlıq






Bizim yardımımızla baş tutmuş gələcək analıq sizlərə kifayət qədər müsbət emosiyalar bəxş edəcək. MediClub klinikasının mütəxəssisləri sizlərə öz ixtisaslı köməklərini təklif edir. Həkimlər sizin bütün suallarınıza cavab verəcək, individual proqramlar seçəcək, sizin belə bir əhəmiyyətli dövrünüzün mühümlüyü ilə bərabər xoş anları sizlərə yaşadacaqlar. Biz başa düşürük ki, uğurlu hamiləlik və doğuş üçün təkcə ixtisaslı tibbi yardım kifayət deyil, - eyni zamanda gələcək ananın bütün 2 ay boyunca xoş əhval –ruhiyyəsi, qayğıkeş və diqqətcil əhatəsi çox mühüm bir məsələdir. Qadınların belə bir həssas dövründə həyəcanlandırıcı anlarından azad edə biləcək xüsusi yanaşma tərzi və emosional dayaq lazımdır.

Hamiləliyin idarə olunması sizlərə, həkimlərə qəbulun siyahısında individuallıq, sizə uyğun qrafikdə(növbədə qalıb gözləməyinizə ehtiyac olmayacaq) yazılmasını, ananın hərtərəfli müayinəsini, körpənin baxışını və s. təklif edir. Biz gələcək analarımıza hamiləliyin idarə olunmasının ilkin dövründən başlamağı məsləhət görərdik lakin buna ramən sizləri ən gec vaxtlarınızda belə qəbul etməyə hazırıq. Gələcək ana zəruri müayinələri yalnız həkim-ginekoloqun qəbulunda deyil, eləcə də digər mütəxəssislərin: terapevt, endokrinoloq, stomatoloq və s. həkimlərin və USM-nin davamı kimi keçir. Çünki bütün bunlar döldə mümkün patologiyaların üzə çıxmasında çox əhəmiyyətlidir ki, bu da ananın və körpənin sağlamlığının qorunmasında zəruri tədbirlərin görülməsinə əsas verir. Mütəmadi olaraq laborator müayinələr keçirilməlidir, o müayinələr ki, infeksiyanı, soyuqlama hallarını, eləcə də hazırkı və gələcək sağlam ananın müəyyənləşməsinə imkan yaradır.

Bütün diaqnostik proseduraları siz təcrübəli mütəxəssislərimizin hərtərəfli müşahidəsi və nəzarəti altında keçəcəksiniz. Bütün keçirilən müasir zəruri müayinələrin və onların elmi-dəqiq interpretasiyası çox mühüm məsələdir. Qadın orqanizminin hərtərəfli müayinəsi vacib məsələdir. Belə ki, bu məlumat doğuş zamanı baş verəcək gözlənilməz, qəfil situasiyalarda ,doğuş qəbul edən həkimin ana və hələ doğulmaqda olan körpə haqda kifayət qədər informasiyaya malik olmasına və lazımi profilaktik tədbirlər görməsinə kömək edir.

Hamiləliyin idarə olunmasının bütün mərhələləri, əldə olunmuş diaqnostik nəticələr və bizim mütəxəssislərin tədqiqi xüsusi tibbi kartalara daxil edilərək hələ doğuşdan öncə gələcək anaya tam təfərrüatı ilə təqdim olunur. Hamiləliyin idarə olunmasının mövcud müzakirələrindən ən əsası hamiləlik dövründə qidalanma ilə əlaqədardır. Zəruri qidalanmadan əlavə, ola bilsin ki, orqanizm xüsusi pəhriz tələb etsin.

Ola bilsin ki, vəziyyətinizlə əlaqədar iş yeri təhlükəsizliyinə dair suallarınız yaransın. Sizi narahat edə biləcək hər bir problemi həkimlərimizlə məsləhət edə bilərsiniz.

Hamiləliyin idarə olunması və doğuşa hazırlıq proqramına xüsusi kompleks fiziki çalışmalar, kosmetik proseduralar, pəhrizlər və doğuşa psixoloji hazırlıq proqramı daxildir. Gələcək anaya rəsmi surətdə lazımi arayışlar və xəstəlik kağızları, o cümlədən də tam qayda qanuna müvafiq şəkildə mübadilə kartı təqdim olunur.