Kardiolojı müayinələri





 

 

MediClub xəstə və sağlam şəxslərin qeyri-invaziv müayinəsi üçün mütəxəssislərə və kifayət qədər imkanlara malikdir:

  1. Ürək-damar sisteminin USM-si (müfəssəl şəkildə nəzərdən keçirin) – ürək boşluqlarının və klapan aparatınm vəziyyətini, miokardm hemodinamikası və yığılma qabiliyyətini qiymətləndirməyə imkan verən ürəyin və iri damarların ultrasəs müayinəsidir. Qeyri-invaziv müayinədir, yəni qansız və xəstə üçün hər hansı narahatlıqlar yaratmayan və eyni zamanda anadangəlmə ürək qüsurları və magistral damarların diaqnostikasının etibarlı üsuludur. Miokard infarktı zamanı zədələnmənin və nəticələrinin dəqiqləşdirilməsinin xarakteristikası üçün istifadə olunur. Damarların Dopler skan edilməsi yüksək məlumatverici şəkildə ürəyin müayinəsini tamamlayır və eyni zamanda ətrafların, boyun və baş beynin, böyrəklərin, qarın nahiyəsinin və kiçik taz damarlarının, həmçinin dölün damarlarının hətta ilkin pozulma mərhələsində aşkar edilməsinə imkan yaradır.

  2. Ürəyin elektrik aktivliyinin sadə və olduqca operativ müayinə üsulu olan elektrokardioqrafıya (EKQ) dərhal qərar qəbul etmək üçün ixtisaslı mütəxəssislər tərəfindən izah edilməklə günün istənilən vaxtında klinikada, iş yerində və çağırış zamanı həyata keçirilir.

  3. Stress-test (tredmil-test), EKQ və arterial təzyiq qeydə alınmaqla fıziki yükün intensivliyinin dozalara bölünmüş dəyişikliyi ilə qaçma cığırı ilə yerimədir.Ürəyin işemik xəstəliyi və koronar ehtiyatın ən etibarlı qansız diaqnostika üsuludur və adətən angioqrafıyanın keçirilməsi haqqında qərar qəbul edilməsindən əvvəl olur.

     

  4. EKQ və AT-in Xolter monitorlaşdırması, ürək ritminin və keçiricilik qabiliyyətinin, miokard işemiyasının ağrılı və ağrısız tutmalarının bütün növ pozuntularının aşkar edilməsi və təhlil edilməsini təmin etməklə xəstə üçün adi şəraitdə ürək-damar sisteminin işinə gecə-gündüz nəzarət edilməsi üçün tətbiq edilir .

     

Monitorlaşdırma nəinki dəqiq diaqnoz qoymağa, həmçinin ürək-damar xəstəliklərinin (hipertoniya, infarkt, ürək ritminin pozulması) müalicəsinin effektivliyi əhəmiyyətli dərəcədə artırmağa imkan yaradır.

 

Kardioloji müayinəyə  +994 12 4970911 telefon nömrəsinə zəng etməklə yazılmaq olar.