Rentgenoloji müayinələr





 


Rentgenoskopiya. 
– - müasir kompüter diaqnostika metodlarının geniş inkişafına baxmayaraq, müxtəlif orqan və sistemlərin bir sıra patoloji vəziyyətlərinin aşkar olunması üçün əvəzolunmazdır.

► Ağ ciyərlərin rentgenoskopik müayinəsi. (buraya tıklayın) ►►►

Ağciyərlərin rentqenoskopik müayinəsinin üstünlüyü bronxlar, ağciyərlər, ürək, aralıq orqanlarının, plevra, diafraqmanın müxtəlif proyeksiyada xəstə və həkim üçün şualanmanın minimal dozada plması ilə polipozision ətraflı müayinə imkanındadır.

 

► Həzm yolunun kontrast rentgenoskopiyası. (buraya tıklayın) ►►►

Kontrast rentqenoskopiyanın köməyi ilə mədə-bağırsaq traktı xəstəliklərinin diaqnostikası üsuludur. O, mədə-bağırsaq traktının funksiyasını müayinə etmək, diafraqmal yırtıqların mövcudluğu, reflyukslar, qida borusunun xəstəliklərini, mədə-bağırsaq traktında yad cisimlərin mövcudluğunu diaqnostika etmək imkanını verir. Bu metodika uşaq praktikasında böyük üstünlüyə malikdir.

 

► İrriqoskopiya. (buraya tıklayın) ►►►

Bağırsağın müxtəlif xəstəliklərinin diaqnostikasında istifadə olunan, bağırsaq keçməzliyinin (invaqinasiya) aradan qaldırılması zərurətində bağırsağın əvəzolunmaz müayinəsi irriqoskopiya olaraq qalır).

 

Həzm yolunun yuxarıda sadalanan rentgenoskopik müayinəsi imkanları onu (bahalı və yüksək şüalanma dozasına malik kompüter tomoqrafıyası və nüvə-maqnit rezonansı ilə müqayisədə) məlumatverici, əlverişli və təhlükəsiz müayinə kimi səciyyələndirir.

Rentgenoqrafiya. Başqa stasionarda, palatalarımızda, əməliyyat otaqlarında və ya evdə çıxardığımız rentgen şəkillər tərəfımizdən rəqəmsal şəklə salınır, bu da yüksək keyfıyyətli təsvir əldə etmək, xəstə üçün minimal şüalanma və ekspozisiya ilə onu məsafədən işləmək imkanı verir.

Kontrast rentgenoqrafiya. Kontrast rentgenoqrafıyada daxili orqanların boşluqlarının və parenximasının kontrastlaması ilə aparılan müayinələr birləşdirilir:

► Haymoroqrafiya. (buraya tıklaym) ►►►

Yuxarı çənə sinislarına xaric edilmiş diş yuvasından (sinus ilə əlaqə yolu olduqda) onun divarını deşməklə və ya fistul yolundan qızdırılmış kontrast maddənin yeridilməsi ilə onların rentqenoloji müayinəsidir. Sistlərin, əlavə cib poliplərinin, haymoritin produktiv formalarının, şiş xəstəliklərinin diaqnostikasında bu metodika göstərişdir.

 

► Sialoqrafiya. (buraya tıklaym) ►►►

İri tüpürcək vəzlərinin - qulaqyanı, altçənə altı və dilaltı - axar sistemi və parenximasının rentqenoloji müayinə metodudur. Müayinəyə vəzin kontrast maddələrdən istifadə etməməklə icmal rentqenoqrafiyasından (düz və çəp proyeksiyada) başlanılır. Sonra isə tüpürcək vəzinin axarına yeridilmiş xüsusi kanyulya və ya kateter vasitəsilə rentqenkontrast maddə yeridilir və müxtəlif proyeksiyalarda şəkillər çəkilir. Prosedur ambulator şəraitdə icra olunur. Pasiyentin hər hansı xüsusi hazırlığına ehtiyac duyulmur.

 

► Histerosalpinqoqrafiya (HSQ). (buraya tıklaym) ►►►

Menstrual dövrün həm birinci, həm də ikinci fazalarında uşaqlıq boşluğunun vəziyyətini və uşaqlıq borularının keçiriciliyini dəqiqləşdirməyə imkan verən müayinədir. Histerosalpinqoqrafiyanın təyin edilməsinə əsas göstəriş sonsuzluqdur. Müdaxilə aparılan zaman ağrısızlaşdırma tələb olunmur. Qeyd etmək lazımdır ki, HSQ zamanı şua yükü minimaldır.

 

► Ekskretor uroqrafiyaя. (buraya tıklaym) ►►►

Böyrəklərin orqanizmə yeridilmiş rentqenokontrast maddələrin çıxarmaq xüsusiyyəti nəticəsində rentqenoqramlarda böyrək və sidik yollarının dəqiq təsvirinin alınmasına əsaslanan sidik yollarının rentqenoloji müayinə metodudur. Böyrəklərin, ləyənciklərin, sidik axarlarının, sidik kisəsinin və uretranın anatomik və funksional vəziyyəti təyin etmək zəruriyyəti ekskretor uroqrafiyaya göstərişdir. Bir saat ərzində çəkilmiş rentqenoqramlar silsiləsi kontrast maddənin böyrəklərdən süzülməsi və onun sidik yolları ilə irəliləməsi barədə praktiki olaraq tam təsəvvür qurmaq imkanı verir.

 

Evdə rentgenoqrafiya. Müayinələr hər gün və sutka ərzində aparılır. Evdə, daşman rentgen-aparatla yerinə yetirilən rentgenoqramlar rəqəmsal qurğuda işlənir və klinikada aparılan rentgenoqramlardan geriyə qalmayan keyfıyyət nümayiş etdirir.

Rentgenoloji müayinəyə +994 12 4970 911 telefon nömrəsinə zəng etməklə yazılmaq olar