Ürək-damar sistemin USM





 


Exokardioqrafıya (Exo-EKQ) – ürəyin və iri ürək damarlarmm müayinəsidir. Ürək boşluqlarının, klapan aparatının, vəziyyətini, miokardın hemodinamikasını və miokardın yığılmasmı qiymətləndirməyə imkan verir. Urəyin və magistral damarların anadangəlmə qüsurlarının müfəssəl diaqnostika üsuludur, miokard infarktı zamanı zədələnmənin xarakteristikası və nəticələrinin dəqiqləşdirilməsi üçün istifadə olunur. Müxtəlif ürək patologiyaları zamanı geniş tətbiq olunur.

Damarların dopler skanerləməsi  - qan-damar sistemi xəstəliklərinin daha qabaqcıl, qeyri-invaziv və məlumatverici metodudur. Bu metodda iki müayinə üsulu birləşdirilir - ənənəvi ultrasəs və doppleroqrafıya üsulları. Real vaxt rejimində damarın mənfəzini görməyə, qan axacağının parametrlərini qiymətləndirməyə və dəyişməyə, hətta pozuntunun ilkin mərhələlərində belə venaların diametrini dəqiq müəyyən etməyə:
► оvenoz klapanların zədələnmə xarakterini və klapan çatışmazlığını müəyyən etməyə;
► venaların mənfəzində tromblarm mövcudluğunu aşkar etməyə imkan verir;

Baş beyin damarlarının dupleks skanerləməsi MSS (mərkəzi sinir sistemi) damarlarının daha müasir və məlumatverici müayinə metodudur. Damarları görməyə və eyni zamanda Doppler effektini istifadə etməklə onlarda qan axının tədqiq etməyə imkan verir. Metod baş beynin yuxu, körpücükaltı və onurğa, həmçinin magistral arteriyalarının müayinəsindən ibarətdir və mənfəzin daralmasının, damarın zədələnmiş yerlərində qan axınının surətinin, həcminin, xarakterinin dəyişməsini, aterosklerotik piləklərin və trombların yerləşməsini müəyyən etmək üçün tətbiq olunur. Müayinə zamanı damarların anadangəlmə və qazanılmış anomaliyaları, anevrizmləri aşkar olunur.

Baş beyin damarlarının skanerlənməsi aşağıdakılar olan zaman aparılır:

► başda səs-küy,

► qısa müddətli huş itirilməsi,

► başgicəllənmələr,

► müvəqqəti müvazinət pozuntuları,

► huşu itirmədən yıxılmalar,

► əmələ gələn bir gözün korluğu,

► miqren, dəqiq lokalizasiyası olmayan baş ağrıları,

► tranzitor işemik hücum,

► gözlər önündə “saxta xallar”ın parlayıb sönməsi və s.

 

Exokardioqrafıya müayinəsinə +994 12 4970 911 telefon nömrəsinə zəng etməklə yazılmaq olar