Fibrokolonoskopiya





 

Fibrokolonoskopiya — elə endoskopik müayinə üsuludur ki, bu zaman yoğun bağırsağın selikli qişasının vəziyyəti vizual şəkildə, yəni gözlə nəzarət olunduğu halda qiymətləndirilir. Müayinə elastik endoskoplar vasitəsilə yerinə yetirilir. İşıq mənbəyi qismində qalogen yaxud ksenon lampasında işlənən işıqlandırıcı cihazdan istifadə olunur, yəni "soyuq" işıq tətbiq edilir ki, bu da selikli qişanın yanmasını istisna edir.

Bəzən kolonoskopiyadan əvvəl yoğun bağırsağın rentgenoloji müayinəsi, yəni irriqoskopiya həyata keçirilir. Endoskopik müayinə irriqoskopiyadan 2-3 gün sonra həyata keçirilə bilər.

 


Fibrokolonoskopiyanın hazırlanması və aparılması üzrə bəzi ən mühüm məsələlər.

►►►Kolonoskopiyaya neçə hazırlanmalı?

   Yoğun bağırsağın selikli qışasına baxmaqdan ötrü onun boşluğunda nəcis kütlələri olmamalıdır.

     Müayinənin müvəffəqiyyəti və informativliyi daha çox prosedura hazırlığın keyfiyyətindən asılıdır ki, bu səbəbdən növbəti tövsiyyələrin yerinə yetirilməsinə çox ciddi fikir verin. Əgər Siz qəbizlikdən, yəni müstəqil qarnın işləməsinin 72 və daha çox saat ərzində olmamasından, əziyyət şəkmirsinizsə, bu zaman müayinəyə hazırlıq aşağıdakılardan ibarətdir: Müayinədən bir gün əvvəl saat 16-da 40-60 qram gənəgərçək yağı qəbul etmək lazımdır. Başqa qarın işlədicilər (senna preparatları, bisakodil və s.) yoğun bağırsağın tonusunu əhəmiyyətli dərəcədə artırırlar, bu da müayinəni daha da çətinləşdirir və çoxu dəfə ağrılı edir. Müstəqil qarnın işləməsindən sonra hərəsi 1-1,5 litr olmaqla 2 imalə etmək lazımdır. İmalələr saat 20 və 22-də olunurlar. Müayinə gününün səhəri (saat 7 və 8-də) daha 2 belə imalələr etmək lazımdır. Müayinə günü yüngül səhər yeməyi qəbul etmək olar. Müayinə öncəsi siqaret çəkmək olmaz, çünki bu bağırsaq divarlarının yığılmasına, müayinənin ağrılı olmasına və düzgün müayinə aparılmasının mümkün olmamasına gətirə bilər.

       Əgər Sizdə qəbizliyə meyillik varsa, bu zaman kolonoskopiyaya hazırlıq üçün əlavə olaraq bir neçə tövsiyyələri yerinə yetirmək lazımdır: Müayinədən 3-4 gün əvvəl qida rasionundan ciy tərəvəz və meyvələri, paxlalılar fəsiləsindən olanları, qara çörək, istənilən növdə kələmi (həm çiy, həm də kulinar hazırlıq keçmiş) istisna edərək xüsusi şlaksız pəhrizə keçmək lazımdır.

       Eyni zamanda hər gün adətən istifadə etdiyiniz qarın işlədiciləri preparatlarını qəbul etmək zəruridir. Ola bilər ki, onların dozası artırılmalıdır – bu məsələrin həlli üçün müalicə həkiminiz ilə məsləhətləşin. Sonrakı hazırlıq yuxarıda qeyd olunandan fərqlənmir .

 

►►►Kolonoskopiya zamanı nə gözlənilməli?

   Yoğun bağırsağın ednoskopik müayinəsi texniki cəhətdən kifayət qədər qəliz prosedurdur, bu səbəbdən tibb personalına maksimal kömək etməyə çalışın – onların təlimatlarına ciddi riayət edin. Ola bilər ki, müayinə zamanı Siz diskomfort hiss edəsiniz, lakin həkim bütün tədbirləri görəcək ki, bu xoşagəlməz hissləri azaldsın. Çoxu hallarda təlimatlara dəqiq riayət etmə diskomfortu azaldmağa imkan verir. Baxış öncəsi Sizə venadaxili ağrısızlaşdırıcı preparat inyeksiyası vurulacaq. Qurşaqdan aşağı bütün libası alt paltarlar daxil olmaqla çıxarmaq Sizdən tələb olunacaq. Sizə taxtda sol böyrü üstə uzanmağa kömək edəcəklər, ayaqlar dizlərdə bükülməli və qarına doğru yığılmalıdır. Endoskop düz bağırsaq boşluğuna salınır və bağırsaq boşluğunun açılması üçün mülayim hava axını altında tədricən irəli yeridilir. Müayinə zamanı həkim göstərişi ilə Sizə bel üstə və ya yenidən sol böyrü üstə cevirilməyə kömək edəcəklər. Bəzi patoloji vəziyyətlər zamanı diaqnozu dəqiqləşdirmək məqsədi ilə selikli qişanın dəyişilmiş sahələrinin mikroskopik müayinəsi tələb olunur ki, onları həkim xüsusi maşa ilə götürür, bu da müayinə müddətini 2-3 dəqiqə uzadır.

 

►►►Kolonoskopiya zamanı Siz nə hiss edəcəksiniz?

   Defekasiyaya çağırışları yaradan bağırsağın qazlar ilə dolması hissi. Müayinə bitdikdə bağırsağa yeridilən hava endoskopun kanalından geri sovrulur. Mülayim ağrı hissləri, çünki hava yeridildiyində bağırsaq dartınır. Bundan savayı, bağırsaq ilgəklərinin büküklərindən keçən zaman ayrı-ayrı bağırsaq ilgəklərini qarın divarına bişləşdirən zəngin innervasiyalı periton qırışının gərilməsi əmələ gəlir. Bu zaman Siz qısa müddətli ağrıların güclənməsini hiss edəcəksiniz.

 

►►►Müayinədən sonra özünü neçə aparmalı?

 

  • Prosedur bitdikdən dərhal sonra su və qida qəbul etmək olar.
  • Əgər qarnın qazlarla dolma hissi saxlanılırsa və təbii yolla bağırsaq hava qalıqlarından boşalmırsa, döyülüb narınlaşdırılmış 8-10 həb aktivləşdirilmiş kömürü 100 millilitr (yarım stəkan) isti qaynadılmış suda həll edərək qəbul etmək olar.
  • Müayinədən sonra bir neçə saat qarnı üstə uzanmaq yaxşıdır.

 

 


Kolonoskopiya Sizin sağlamlığınızı qoruyub saxlamağa və yaxşılaşdırmağa yardım edən yüksək məlumatverici müayinə üsuludur.



Endoskopik müayinəyə +994 12 4970911 telefon nömrəsinə zəng etməklə yazılmaq olar