Ezofaqoqastroduodenoskopiya





 

Ezofaqoqastroduodenoskopiya — elə endoskopik müayinə üsuludur ki, bu zaman qida borusu, mədə və onikibarmaq bağırsağın selikli qişasının vəziyyəti vizual şəkildə, yəni gözlə nəzarət olunduğu halda qiymətləndirilir. Müayinə elastik endoskoplar vasitəsilə yerinə yetirilir. İşıq mənbəyi qismində qalogen yaxud ksenon lampasında işlənən işıqlandırıcı cihazdan istifadə olunur, yəni "soyuq" işıq tətbiq edilir ki, bu da selikli qişanın yanmasını istisna edir.

Bəzən ezofaqoqastroduodenoskopiyadan əvvəl qida borusunun və mədənin rentgenoloji müayinəsi aparılır. Endoskopik müayinə kontrast rentgenoskopiyadan 5-6 gün sonra həyata keçirilə bilər.


Qastroskopiyanın hazırlanması və aparılması üzrə bəzi ən mühüm məsələlər.

►►►Ezofaqoqastroduodenoskopiya nədir?

Müayinəni xüsusi təlim keçmiş həkim-endoskopistlər aparır. Ezofaqoqastroduodenoskopiya zamanı qida borusu, mədə və onikibarmaq bağırsağa baxılır. Endoskop ucunda obyektiv olan uzun nazik qıvraq borudan ibarətdir. Endoskopun köməyi vasitəsilə çoxu vəziyyətlərdə, bunların içində mədə nahiyəsində ağrı, qanaxma, xora, törəmə, çətinləşmiş udğunma və bir çox başqalarını qeyd etmək olar ki, düzgün diaqnoz qoyulacaq, lazım olduqda isə müalicə tədbirlərini həyata keçiriləcəkdir.

 

►►►Müayinəyə necə hazırlanmalı?

   Müayinənin Sizə təyin olunma səbəbindən asılı olmayaraq prosedura hazırlaşmaq və keçmək üçün Sizin tərəfinizdən atılması tələb olunan vacib addımlar var. İlk növbədə, mütləq həkimə qəbul etdiyiniz dərmanlar və əgər Sizdə hər hansı dərmana qarşı allerqiya varsa bu barədə məlumat verin. Həmçinin, həkim Sizin əziyyət çəkdiyiniz xəstəlikləri bilməlidir ki, onlara prosedur öncəsi fikir versin. Müayinəyə hazırlıqda ən vacib odur ki, qastroskopiyadan öncə Siz 8-10 saat ərzində qida qəbul etməməlisiniz. Mədədə qida onun müayinə edilməsini və düzgün diaqnozun qoyulmasını çətinləşdirəcək.

 

►►►Qastroskopiya zamanı nə gözlənilməli?

   Prosedur zamanı mümkün olan hər bir şey ediləcək ki, Siz onu imkan daxilində yüngül keçirəsiniz. Sizin vəziyyətinizə kabinetin personalı diqqətlə nəzarət edəcək. Əgər müayinə öncəsi Siz çox həyacanlanırsınızsa, Sizə sakitləşdirici preparat inyeksiyası edilə bilər. Udğunma zamanı hissiyatı azaltmaq üçün boğazınıza yerli anestetik məhlulu püskürdüləcək. Endoskopun yeridildiyi ağızlığı dişlərinizin arasında sıxmağı Sizdən xahiş edəcəklər. Sizdən boğazınızı zəiflətməyi, sonra isə udgunmağı xahiş edəcəklər ki, bu zaman vizual nəzarət altında həkim cihazı qida borusuna yeritsin. Bundan sonra mədə-bağırsaq traktının yuxarı şöbələrinin boşluğunu düzəltmək üçün cihaz vasitəsilə yüngülcə hava vurulacaq. Müayinə zamanı Sizin nəfəs almanızı heç nə çətinləşdirməməlidir və bəzi insanların boğulma qorxusu qətiyyən əsassızdır. Qastroskopiya təhlükəsiz prosedurdur və fəsadlar çox nadir hallarda baş verir.

 

►►►Qastroskopiydan sonra nə gözlənilməli?

Müayinədən sonra bir müddət ərzində boğazda xoşagəlməz hissin olması adi hadisədir. Adədət bu 30-60 qəqiqədən sonra keçir.

 


 

Ezofaqoqastroduodenoskopiya Sizin sağlamlığınızı qoruyub saxlamağa və yaxşılaşdırmağa yardım edən yüksək məlumatverici müayinə üsuludur.



Endoskopik müayinəyə +994 12 4970911 telefon nömrəsinə zəng etməklə yazılmaq olar