Rektoromanoskopiya





 


Rektoromanoskopiya — elə endoskopik müayinə üsuludur ki, bu zaman siqmaşəkilli və düz bağırsağın selikli qişasının vəziyyəti vizual şəkildə, yəni gözlə nəzarət olunduğu halda qiymətləndirilir. Müayinə hamar bərk borucuq vasitəsilə yerinə yetirilir. İşıq mənbəyi qismində qalogen yaxud ksenon lampasında işlənən işıqlandırıcı cihazdan istifadə olunur, yəni "soyuq" işıq tətbiq edilir ki, bu da selikli qişanın yanmasını istisna edir. Düz və siqmaşəkilli bağırsağın rektoromanoskop vasitəsilə müayinə edilməsi düz bağırsağın patoloji vəziyyətlərində icbari müayinə üsuludur.

Bəzən kolonoskopiyadan əvvəl yoğun bağırsağın rentgenoloji müayinəsi, yəni irriqoskopiya həyata keçirilir. Endoskopik müayinə irriqoskopiyadan 2-3 gün sonra həyata keçirilə bilər.


Rektoromanoskopiyanın hazırlanması və aparılması üzrə bəzi ən mühüm məsələlər.

►►►Rektoromanoskopiyaya neçə hazırlanmalı?

   Düz və S-vari bağırsaqların selikli qışasına baxmaqdan ötrü onların boşluğunda nəcis kütlələri olmamalıdır. Müayinədən bir gün əvvəl saat 16-da 40-60 qram gənəgərçək yağı qəbul etmək lazımdır. Başqa qarın işlədicilər (senna preparatları, bisakodil və s.) yoğun bağırsağın tonusunu əhəmiyyətli dərəcədə artırırlar. Müstəqil qarnın işləməsindən sonra saat 20-də 1-1,5 litrlik imalə etmək lazımdır. Müayinə gününün səhəri saat 8-də əlavə imalə etmək lazımdır. Müayinə günü ac qalmağa ehtiyac yoxdur. Müayinə öncəsi siqaret çəkmək olmaz, çünki bu bağırsaq divarlarının yığılmasına, müayinənin ağrılı olmasına və düzgün müayinə aparılmasının mümkün olmamasına gətirə bilər.

 

►►►Rektoromanoskopiya necə aparılmalı?

Rektoromanoskop içərisinə montaj edilmiş işıqlandırıcı sistem və hava vurma sistemi olan metal borudur. Girdələşdirilmiş sonluğu əsaslı şəkildə vazelin yağı ilə yağlayırlar və cihaz yığılmış halda anal kanala 5-6 sm. dərinliyə salınır. Okulyar taxılır, işıqlandırma sistemi qoşulur və vizual nəzarət altında tubus 25-30 sm. irəli yeridilir. Müayinə xəstənin diz-dirsək vəziyyətində arxasının bel nahiyəsində yaxşı bükülməsi ilə aparılır.

 

►►►Rektoromanoskopiyadan sonra nə gözlənilməli?

   Prosedur zamanı mümkün olan hər bir şey ediləcək ki, Siz onu imkan daxilində yüngül keçirəsiniz. Sizin vəziyyətinizə kabinetin personalı diqqətlə nəzarət edəcək. Əgər müayinə öncəsi Siz çox həyacanlanırsınızsa, Sizə sakitləşdirici preparat inyeksiyası edilə bilər. Rektoromanoskopiya təhlükəsiz prosedurdur və fəsadlar çox nadir hallarda baş verir. Adı hiss - mümkün ola bilən nəcis ifrazına çağırışlardır. Onların intensivliyi 30-60 dəqiqə sonra azalır.

 


 

Rektoromanoskopiya Sizin sağlamlığınızı qoruyub saxlamağa və yaxşılaşdırmağa yardım edən yüksək məlumatverici müayinə üsuludur.



Endoskopik müayinəyə +994 12 4970911 telefon nömrəsinə zəng etməklə yazılmaq olar