Laboratoriya müayinə ev şaraitində





 

Qan və sidiyin biokimyəvi müayinələri.
Evlərdə portativ analizatorların köməyi ilə 16 növ biokimyəvi müayinələr (qaraciyər, mədəaltı vəzin fermentləri, elektrolitlər və yağ mübadiləsinin göstəriciləri),həmçinin hemoglobinin təyini və yerində nəticələrin verilməsi aparılır.

►►►Biomaterialın götürülmə qaydası:

Analiz üçün qan ac qarına verilməlidir, qida qəbulu ilə qanın götürülməsi arasında ən azı 8-12 saat vaxt keçməlidir. Müayinənin aparılmasından 1-2 gün əvvəl yemək rasionundan piyli, qovrulmuş qidaları və alkoqolu xaric etmək lazımdır.



Qan qazlarının təyini.

Müayinələr portotiv qazanalizatorlarda xəstəxana, ev şəraitində aparılır və nəticələr yerindəcə verilir.

►►►Biomaterialın götürülmə qaydası:

Müayinə üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Arterial və venoz qanın götürülməsi günün müxtəlif vaxtlarında aparıla bilər.



Ekspress testlər.

Bura kəskin koronar sindrom, miokard infarktının differensial diaqnostikasında istifadə olunan kardiomarkerlər (mioglobin, CK-MB, troponin) və mədə-bağırsaq traktının patologiyası zamanı(gizli qan, H.Pylori) kimi testlərin təyini daxildir.

►►►Biomaterialın götürülmə qaydası:

Kardiomarkerlər üçün ganı hər zaman ,digər müayinələr üçün - yeməkdən 1-2 saat sonra vermək olar.

 

Bizə zəng edin +994124970911