Hava yol vasitəsilə tibbi daşınma





 

MediClub şirkəti dünyanın müxtəlif nöqtələrinə xəstələrin professional tibbi daşınmasını beynəlxalq prinsiplər əsasında təşkil edir. Ətraflı uçuşönü müayinə, xəstənin müalicə həkimi ilə danışıqların aparılması, xəstələrin təyyarə ilə optimal daşınmasına zəmanət verir.

 

MediClub tibbi evakuasiyanı təşkil edə və dünyanın müxtəlif nöqtələrinə və nöqtələrindən tibbi müşayiəti təmin edə bilər. Biz tibbi evakuasiyanı xüsusi təyyarə-ambulanslarhelikopterlərlə aparırıq. Xəstənin tibbi vəziyyəti imkan verərsə, Medi Club öz həkimlərinin müşayiəti ilə evakuasiyanı adi aviareyslərin köməyi ilə də təşkil edə bilər. 

 

 

Şirkət lazımi hazırlıqları və sazişləri (aviabiletlərin bron edilməsi və alınması, təyyarənin içində oksigen və xərəklərin quraşdırılması, vizanın alınması və s.)öz üzərinə götürür.
Bizim mütəxəssislərimiz hər hansı bir vəziyyətdə və yaşda xəstəni daşıma imkanına malikdirlər. Yenidoğulmuş uşaqların daşınması xüsusi nəgliyyat küvezləri vasitəsi ilə aparılır.

Bizə zəng vurun, biz 24 saat işləyirik.
Tel: +994 12 4970911 (12, 13) Pediatriya: +99412 4988911