Təyyərə gədər xəstənin tibbi daşınma





 


Pasiyentlərin təyyarə ilə daşınmasını müvəffəqiyyətlə təmin etmək məqsədi ilə MediClub təcili yardım maşınları ilə təyyarənin girişinə qədər xəstəni daşıma imkanına malikdir. Xəstənin daşınması Azərbaycan və ya Gürcüstan Respublikalarının müxtəlif nöqtələrindən başlaya bilər.

Operativ kömək göstərmək üçün, operator və ya həkimlə telefon danışığı zamanı aşağıdakı informasiyaya ehtiyac ola bilər:

 

Proseduranın başlanması üçün operativ məlumat. ►►►

1. Əlaqə saxlayan şəxsin adı: soyadı və telefonu.
2. Xəstənin adı və soyadı, doğum tarixi, ünvanı.
3. Hal-hazırda xəstənin lokalizasiyası: Ünvan, xəstəxana, şöbə, telefon nömrəsi.
4. Müalicə həkiminin koordinatları: Adı və soyadı, ünsiyyət dili, telefonu.
5. Xəstənin ümumi vəziyyəti: Xəstənin şüuru özündədirmi? Xəstəyə ağ ciyərin süni ventilyasiyası aparılırmı? Güman edilən diaqnoz?
6. Xəstəliyin/travmanın səbəbləri Nə baş verib? Harada? Nə zaman?
7. İdentifikasiya sənədləri: Xəstədə pasportun, giriş və çıxış vizalarının olması.
8. Təyinat punktu: Xəstə hara daşınmalıdır? Ünvan, klinikanın adı, xəstəxanada qəbul edən həkimin adı və soyadı.
9. Xəstənin şəxsi həkimi: Adı, ünvanı, telefon nömrəsi (əsasən xroniki xəstəliklərin mövcudluğu zamanı vacibdir).

 

Sorğu aldıqdan sonra MediClub şirkətinin həkimi xəstənin müalicə və ya ailə həkimi ilə əlaqə saxlayır.Yalnız zəruri olan informasiyanı aldıqdan sonra, xəstənin hansı evakuasiya yolu ilə daşınması qərara alınır: təcili yardım maşını, helkopter, müntəzəm reys və ya xüsusi tibbi reys ilə.

Qərar qəbul etmənin əsas meyarı-xəstə daşınmasının təhlükəsiz yerinə yetirilməsidir!


Bizə zəng vurun, biz 24 saat işləyirik.

Tel: +994 12 4970911 (12, 13) Pediatriya: +99412 4988911