Kliniki laboratoriya





 

 
Qanın ümumi müayinəsi və leykoformula.


Müasir hematoloji analizatorlar qanın 18 parametrini və geniş leykoformulanı təyin etməyə imkan verir.

►►►Biomaterialın götürülmə qaydası:

Qanın ümumi müayinəsi saat 12:00-yədək və yaxud qida qəbulu ilə qanın verilmə arasında 1-2 saat vaxt kecməsi sərti ilə hər zaman etmək olar. Rentgenografiya, rektal müayinə və ya fizioterapevtik prosedurlardan, bir sıra dərman preparatlarının qəbulundan sonra qan analizi vermək olmaz.

 

Sidiyin ümumi müayinəsi .


Sidiyin kilniki xassələri və çöküntüsünün təyini, avtomat analizatorlarının köməyi ilə və sidiyin 16 parametr üzrə biokimyəvi müayinəsi aparılır.

 

►►►Biomaterialın götürülmə qaydası:

Müayinə üçün 50 ml səhər sidik yığılır. İlk sidik 1-2 saniyə unitaza buraxılır və sonra biomaterial konteynerə yığılır. Sidik yığılmazdan əvvəl cinsi orqanların gigiyenik tualeti aparılır. Qadınlara aybaşı zamanı sidik analizinin verilməsi məsləhət görülmür. Analizin verilmə ərəfəsində sidiyin rənginə təsir edəcək meyvə və tərəvəzlərin (kök,çuğundur), sidikqovucu preparatların qəbulu məsləhət görulmür. Götürülən material 2 saat ərzində laboratoriyaya çatdırılmalıdır. Sidiyin uzun müddət saxlanılması, onun fiziki xassələrinin dəyişməsinə, bakteriyaların çoxalmasına və sidik çöküntüsü komponentlərinin dağılmasına səbəb olur.



Nəcisin ümumi müayinəsi.


Nəcisin ümumi klinik xassələrinin, ibtidai və qurd yumurtalarına müayinəsi, həmçinin nəcisdə parazit və virusların ekspress üsulu ilə təyini aparılır.

 

►►►Biomaterialın götürülmə qaydası:

Defekasiya aktından sonra nəcis birdəfəlik germetik qapaqlı plastik konteynerlərə yığılır və yığılan gün laboratoriyaya çatdırılır, əgər mümkün deyilsə biomaterial soyuducuda 4-8°C temperaturda saxlanılmalıdır.İmalə prosedurasından sonra nəcis müayinəsi aparmaq olmaz. Mədə və bağırsağın kontrast rentgen müayinəsindən yalnız 2 gün sonra nəcis analizini vermək olar.

 

Spermagrammanın müayinəsi


Toxum mayesinin ümumi klinik xassələrinin təyini aparılır.

 

►►►Biomaterialın götürülmə qaydası:

Biomaterial masturbasiya yolu ilə bilavasitə təmiz şüşə və ya plastik qaba yığılır. Analizin verilmə ərəfəsində 3-5 gün cinsi əlaqəyə girmək olmaz. Nümunəni klinikada yığmaq məsləhət görülür. Əgər bu mümkün deyilsə, yığılmış nümunə 30°C-dən az və 38°C-dən çox olmayan temperaturda 30 dəqiqədən 1 saata kimi laboratoriyaya çatdırılmalıdır. Analizin verilmə ərəfəsində alkoqol, dərman preparatları, qəbul etmək və saunaya getmək olmaz.

 

Onurğa beyni mayesinin müayinəsi.


Onurğa beyni mayesinin ümumi klinik xassələrini, 7 parametr üzrə biokimyəvi tərkibini və vərəm çöplərinə təyini aparılır.

 

►►►Biomaterialın götürülmə qaydası:

Onurğa beyni mayesi steril plastik qablara həkim tərəfindən aparılmış lumbal punksiya vasitəsilə yığılır. Probirkaya yığılmış likvor dərhal laboratoriyaya çatdırılır.

 

Transsudat və ekssudatın müayinəsi.


Plevrit, artrit, peritonit, qaraciyər sirrozu diaqnostikasında istifadə olunan plevral, qarın boşluğu, sinovial mayelərinin ümumi kliniki və biokimyəvi xassələrinin təyini aparılır.

 

►►►Biomaterialın götürülmə qaydası:

Prosedura xəstəxana şəraitində həkim tərəfindən aparılır.

 


Bizə zəng edin +994 12 4970 911