Cərrahiyə






MediClub cərrahi xəstələri müalicə etmək üçün bütün tələb olunan ləvazimatlara malikdir. Hospital şöbə 12-ə qədər pasiyenti qəbul edir, şöbədə intensiv terapiya və əməliyyatdan sonrakı xəstələr üçün palatalar ayrılıb. İxtisaslaşdırılmış personal cərrahi müdaxilədən öncə və sonra xəstələrə lazımi qulluğu göstərir.

Əməliyyat bloku  tam təchiz olunmuş böyük və kiçik əməliyyatxanaları özündə birləşdirir. Sterilizasiya bloku bütün MediClubı lazımi steril materialla təchiz edir. Anestezioloji xidmət müasir tənəffüs və narkoz avadanlıqlarından istifadə edir, bizim mütəxəssislər bütün növ narkoz verilmə texnikalarını keçirməyə qadirdirlər və hər bir pasiyent üçün ən əlverişli həll yolunu seçirlər.

Hər il klinikada aparıcı müalicə texnologiyalarından istifadə etməklə böyüklər və uşaqlara 1000-dən çox ən müxtəlif profilli təcili və planlı müdaxilələr icra olunur. 

Gecə-gündüz fəaliyyət göstərən laboratoriyadiaqnostik dəstək əməliyyatın aparılması qərarını vaxtında qəbul etmək və əməliyyatdan sonrakı xəstəni təqib etmək imkanını verir.

Biz ümumi cərrahi profilli xəstələri yaşından asılı olmayaraq qəbul edirik. Biz politravmanın müalicəsində böyük uğurlara imza atmışıq, bir neçə təcili cərrahi briqada əməliyyat üsulu ilə bir neçə sahənin zədələnməsini aradan qaldıraraq eyni zamanda çalışır.

Müasir cərrahiyyə tədricən daha çox rekonstruktiv (yəni, zədələnmiş orqanın bərpa olunmasına və ya əvəzlənməsinə yönəlmiş) və az invaziv (yəni, orqanizmə müdaxilə sahəsinin minimal olmasına yönəlmiş) istiqamətində inkişaf prosesindədir. Biz öz mütəxəssislərimizlə zamanla uzlaşmağa və öz pasiyentlərimizə ən əlverişli və ən az travmatik yardım göstərməyə çalışırıq.

Bizə zəng edin, biz gecə-gündüz işləyirik.
Telefonlar: 
+994 (12) 497-09-11/12/13