Travmatologiya və ortopediya





 


Travmatoloqiya və ortopediya bölməsi MediClub yaranan gündən hal-hazıradək fəaliyyət göstərir. Klinikanın tibbi yardım strukturunda o, aparıcı bölmələrdən biridir. Klinikada böyük praktik iş təcrübəsi olan yüksək ixtisaslaşdırılmış travmatoloq-ortopedlər çalışır. Bölmənin tərkibinə aşağıdakılar aiddir:

  1.  Təcili travmatoloji yardım briqadaları, çağırışa yollanır və hadisə yerində yardım göstərirlər, ilkin baxış, rentqenoqrammalar, laborator analizlər aparırlar və lazımi hallarda sonradan qips sarğı və ya digər fiksə edən kompozit materiallar qoyulur.
  2. Travmatoloji kabinet və çarpayılar. Rentqen kabinet və sutkanın istənilən vaxtı istisaslaşdırılmış yardım göstərilməsinə - bütün növ əməliyyatlarının icra olunmasına - imkan verən əməliyyat bloku mövcuddur.
  3. Pasiyentlərin reabilitasiyası fəaliyyət göstərən masaj kabineti daxil olmaqla, fonoforez, elektroforez, amplipuls və sınıq, çıxıq və əzilmələrin mənfi nəticələrini aradan qaldırmaq üçün bir çox başqa müalicə növləri tətbiq olunan fizioterapevtik bölmədə aparılır. Bölmədə bu kateqoriyalı xəstələrlə böyük iş təcrübəsi olan reabilitoloqlar fəaliyyət göstərir.

Klinikada müasir tibbi texnoloqilardan istifadə olunmaqla dayaq-hərəkət aparatının zədə və xəstəlikləri müalicə olunur ki, bu da pasiyentlərin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, onların reabilitasiya və stasionarda qalma müddətini mühüm dərəcədə qısaldır.

Bölmənin əsas ixtisaslaşması:

  • Bilək cərrahiyyəsi
  • Çoxsahəli və müştərək zədələnmələr
  • İdman zədələnmələri
  • Vətərlərin bərpa edilməsi  (axil vətəri, çiyinin biseps əzələsinin vətəri)
  • Oynaqların zədə və xəstəliklərinin müalicəsi  (istənilən lokalizasiyalı çıxıqlar, çiyinin adəti çıxığı, bağların cırılması, menisklərin cırılması, deformasiyaedici artroz)
  • Travmaların nəticələri  (yalançı oynaq, ətrafların deformasiyası, osteosintezdən sonra metalkonstruksiyaların kənarlaşdırılması – plastinlər, şiftlər və s.)
  • Oynaqların endoprotezləşdirilməsi  (deformasiyaedici artroz, bud sümüyü boynunun sınığı)
  • Ayaq pəncəsi deformasiyalarının müalicəsi  (köndələn yastıpəncəlik, halluks valgus, "ayaqlarda qabarıqlar")
  • Sümük sınıqlarının müalicəsi  (çanaq, bud, baldır, topuq, pəncə, körpücük sümüyü, bazu, bazu önü, bilək sınıqları zamanı osteosintez)

Bizim klinikaya zəng edin, biz gecə-gündüz işləyirik.
Tel:
 +994 (12) 497-09-11,
Pediatriya: +994 (12) 498-89-11, +994 (12) 598-19-15