Ümümi cərrahiyə





 


Cərrahi xidmət  MediClub şirkətinin bünövrəsi qoyulandan fəaliyyət göstərir. Klinikada praktiki işdə böyük təcrübəsi olan yüksək istisaslı cərrahlar tərəfindən həyata keçirilən gecə-gündüz cərrahi yardım xidməti təşkil olunub. Bölmənin tərkibinə aşağıdakılar aiddir:

  1. Təcili cərrahi yardım briqadaları  çağırışda ilkin baxış, ultrasəs, rentqenoloji müayinələr, laborator analizlər aparırlar.

     

  2. Cərrahi kabinet və cərrahi çarpayılar  sutkanın istənilən vaxtı ixtisaslaşdırılmış cərrahi yardım göstərmək imkanı verirlər.
  3. Müasir avadanlıqlarla təchiz olunan əməliyyatxana müvəffəqiyyətlə mürəkkəb müdaxilələri icra etmək imkanı verir.
  4. Əməliyyat önü və əməliyyatdan sonrakı intensiv terapiya aparılan intensiv terapiya palataları.
  5. Xəstələrin reabilitasiyası  bu kateqoriyalı xəstələrlə böyük iş təcrübəsi olan reabilitoloqlar tərəfindən aparılır.

 

İxtisaslaşdırılmış personalın cəlb olunması, aparıcı tibbi texnoloqiyaların istifadə edilməsi müalicənin keyfiyyət və effektivliyini artırır, stasionarda qalma və reabilitasiya müddətini əhəmiyyətli dərəcədə qısaldır, funksional nəticələri və pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırır.

Bölmənin əsas ixtisaslaşması:


  • Təcili abdominal cərrahiyyə  qarın boşluğu orqanlarının kəskin xəstəlikləri və zədələnmələri zamanı;
  • Təcili torakal cərrahiyyə  döş qəfəsi orqanlarının kəskin xəstəlikləri və zədələnmələri zamanı;
  • Qarnın ön divarının bütün növ (o cümlədən təkrari) yırtıqlarının qeyri-dartıcı hernioplastikası;
  • Aralıq sahəsi cərrahiyyəsi  (aralıq sahənin rekonstruksiyası, nəcis saxlaya bilməmə, rektosele və s.);
  • Cərrahi qastroenterologiya  (mədə və nazik bağırsaqda müdaxilələr);
  • Biliopankreatoduodenal zona cərrahiyyəsi  (öd kisəsi və öd yollarında, mədəaltı vəzdə, qaraciyər sistlərində və s. müdaxilələr);
  • Koloproktologiya (babasil, anal çatlar, fistulalar və düz bağırsaq sallanması, paraproktitlərin müalicəsi, yoğun bağırsaqda müdaxilələr);
  • Qalxanvari vəzində  diaqnostik və müalicəvi müdaxilələr;
  • Süd vəzində  diaqnostik və müalicəvi müdaxilələr.

Bizim klinikaya zəng edin, biz gecə-gündüz işləyirik.
Tel:
 +994 (12) 497-09-11,
Pediatriya: 
+994 (12) 498-89-11, +994 (12) 598-19-15