Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Hafiz Həsənov
Daxili xəstəliklər təbabəti üzrə aparıcı mütəxəssis

MediClub klinikasının hospital şöbəsinin müdiridir. 12 ildən artıq iş təcrübəsi var.




 

1997-ci ildə N.Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunu bitirmişdir. Birinci kateqoriyalı həkim-reanimatoloqdur. 2002-ci ilədək Bakı şəhər təcili yardim podstansiyasinda böyük həkim kimi fəaliyyət göstərmişdir. 2002-2008-ci illərdə Səudiyyə Ərəbistaninin Mərkəzi Krallıq Hospitalında böyük həkim kimi, qayıtdıqdan sonra isə MediClub-da daxili xəstəliklər təbabəti üzrə aparıcı mütəxəssis kimi çalışır.
Terapevtik və əməliyyat sonu profilləri üzrə qəbul və müalicə işini aparır. Reanimasion xəstə təqibi və anesteziologiya üzrə böyük iş təcrübəsinə malikdir. Onurğa beyni və sümük iliyi punksiyası, hemodializ üçün mərkəzi kateterizasiya, müvəqqəti transvenoz peysmeykerin implantasiyası, həmçinin stress-dobutamin Exo kardioqrafiyanın aparılması təcrübəsinə malikdir. Həkim-reanimatoloq səviyyəsində müxtəlif beynəlxalq forumlarda mütəmadi olaraq iştirak edir, yeni diaqnostika və müalicə metodlarını tətbiq edir. ACLS (advanced cardiac life support ),FCCS (Fundamental critical care support) diplomları daşıyıcısıdır.