Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Aneta Səfərəliyeva
Böyük həkim

10 ildən artıq anestezioloq-reanimatoloq kimi iş təcrübəsinə malikdir.




 


2000-ci ildə N.Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunu bitirmişdir.

2000-ci il Sumqayıt şəhəri TTYK-da həkim anestezioloq-reanimatoloq.

2006-cı il Sərhəd xidməti hərbi hospitalında həkim anestezioloq-reanimatoloq .

2007-ci il MediClubda təcili yardımın böyük həkimi və anestezioloq.

Terapevtik və əməliyyat sonu profilləri üzrə qəbul və müalicə işini aparır. Reanimasion xəstə təqibi və anesteziologiya üzrə böyük iş təcrübəsinə malikdir.
Spinal, epidural və periferik blokadalar, mərkəzi kateterizasiya, perkutan traxeostomiya, transforaminal anesteziya üzrə böyük iş təcrübəsi vardır.

01.01.2005-01.04 2005-tarixlərində Rusiya Federasiyasının Cərrahiyyə üzrə elmi mərkəzinin nəzdində klinik anesteziologiya kafedrasında regional blokadalar üzrə təkmilləşdirmə kürsü keçmişdir.

01.04.2009 - 05.06 .2009 tarixlərində təcili və təxirəsalınmaz hallar üzrə təkmilləşdirmə kurslarında iştirak etmiş və diplom almışdır.

01.09.2010 - 01.04.2011tarixlərində Ankaranın Gülhanə akademiyasinda kardioreanimatologiya kurslarıni keçdikdən sonra kardioreanimatoloq və kardioanestezioloq diplomunu almışdır.