İmmunoloji Laboratoriya





 

 

Geniş spektrli immunokimyəvi müayinələr müasir avtomat analizatorlarında aparılır. Bunlara aşağıdakilar daxildir:


Yoluxucu xəstəliklərin yoxlanılması.
Bu müayinələrin köməyi ilə bakterial, virus, parazitar və digər xəstəliklərin diaqnostikası aparılır.

►►►Biomaterialın götürülmə qaydası:

Analiz üçün qan ac qarına verilməlidir, qida qəbulu ilə qanın götürülməsi arasında ən azı 8 saat vaxt keçməlidir. Şirə, qəhvə, çay qəbuluna icazə verilmir. Yalnız su içmək olar. Müayinənin aparılmasından 1-2 gün əvvəl yemək rasionundan piyli, qovrulmuş qidaları və alkoqolu xaric etmək lazımdır.



 

Allergik xəstəliklərin yoxlanılması.
Allergiya-orqanizmin əvvəllər təmasda olduğu və sensibilizasiyaya səbəb olmuş müxtəlif maddələrə qarşı yüksək həssaslıqla xarakterizə olunan dəyişmiş reaktivliyidir.Allergik xəstəliklərin diaqnostikasında istifadə olunan geniş spektrli allergotestlərin(fadiatop,eozinofil kation zülalı,triptaza və 90 növdən çox spesifik allergenlərin) analoqu olmayan müasir avadanlıqda təyini aparılır.

►►►Biomaterialın götürülmə qaydası:

Analiz üçün qan tam ac qarına verilməlidir, qida qəbulu ilə qanın götürülməsi arasında ən azı 8-12 saat vaxt keçməlidir. Şirə, qəhvə, çay qəbuluna icazə verilmir. Yalnız su içmək olar. Müayinənin aparılmasından 1-2 gün əvvəl yemək rasionundan piyli, qovrulmuş qidaları və alkoqolu xaric etmək lazımdır. Analiz üçün qanı dərman qəbul edərək (antihistamin preperatları) vermək olar. Analizin verilməsindən 1-2 saat əvvəl siqaret çəkmək olmaz. Rentqenoqrafiyadan, rektal müayinədən və ya fizioterapevtik proseduralardan sonra qan analizi vermək olmaz.

 


Hormonların yoxlanılması.
Orqanizmin vəziyyətini və funksiyasını xarakterizə edən qalxanabənzər vəzi, cinsi, hipofiz hormonları və hipertenziv halların diaqnostikasında istifadə edilən böyrəküstü vəzin hormonlarının (renin,aldosteron,metanefrin) müayinələri aparılır .

►►►Biomaterialın götürülmə qaydası:

Qanda hormonların gün ərzində dəyişkən olması ilə əlaqədar qan 10:00-11:00 kimi verilməlidir. Kortizol hormonu üçün qan 08:00-10:00 zaman intervalında verilməlidir. Yetkinlik yaşına çatmış qadınlarda (təxminən 12-13 yaşdan başlayaraq və klimakterik dövrün başlanmasına qədər) FSH, LH, prolaktin kimi cinsi hormonlar aybaşının 1-2 günü, testosteron və DHEA -7-10 günü, progesteron isə 21-22- ci günlərində verilməlidir. Analiz üçün qan tam ac qarına verilməlidir, qida qəbulu ilə qanın götürülməsi arasında ən azı 8 saat vaxt keçməlidir. Müayinənin aparılmasından 1-2 gün əvvəl yemək rasionundan piyli, qovrulmuş qidaları və alkoqolu xaric etmək lazımdır. Analizin verilməsindən 1-2 saat əvvəl siqaret çəkmək olmaz. Rentqenoqrafiyadan, rektal müayinədən və ya fizioterapevtik proseduralardan sonra qan analizi vermək olmaz. Metanefrin hormonunun yaxlanılması üçün gün ərzində sidik yığılmalıdır. idik yığmazdan əvvəl laboratoriyadan konservant götürülməlidir. Sidiyin ilk səhər porsiyası atılır, sonrakı porsiyalar səhəri günün birinci ilk porsiyası daxil olmaqla 2-3 litr həcmi olan qaba konservantın üzərinə yığılır və sidik yığılan ərəfədə soyuducuda+4- +8°C temperaturda saxlanılmalıdır. Sidik yığımı bitdikdən sonra yığılan sidiyin miqdarı dəqiq ölçülür, sutkalıq diurezin miqdarını göstərmək şərti ilə qarışdırılaraq 50 ml təmiz steril konteynerə tökülür və laboratoriyaya çatdırılır .

 


Onkoloji markerlərin yoxlanılması.
Onkoloji patalogiyası olan xəstələrin diaqnostikası və müalicəsində istifadə olunan geniş spektrli onkomarkerlərin təyini aparılır.

►►►Biomaterialın götürülmə qaydası:

Analiz üçün qan ac qarına verilməlidir, qida qəbulu ilə qanın götürülməsi arasında ən azı 8 saat vaxt keçməlidir. Prostat vəzinin rektal müayinəsi, transuretral USM, biopsiya, lazer terapiyası, sisto- və kolonoskopiya prosedurlarından və prostat vəzinə müxtəlif mexaniki təsirlərdən sonra PSA müayinəsi üçün qan ən azı 10-15 gün keçdikdın sonra verilə bilər.

 


İmmun statusun yoxlanılması.
İmmun statusun təyini- immunitetin gərginliyi və patalogiyasını, allergik xəstəliklərin diaqnostika və müalicəsinin aparılmasına imkan verir.

►►►Biomaterialın götürülmə qaydası:

Analiz üçün qan tam ac qarına verilməlidir, qida qəbulu ilə qanın götürülməsi arasında ən azı 8-12 saat vaxt keçməlidir. Şirə, qəhvə, çay qəbuluna icazə verilmir. Yalnız su içmək olar. Müayinənin aparılmasından 1-2 gün əvvəl yemək rasionundan piyli, qovrulmuş qidaları və alkoqolu xaric etmək lazımdır. Əgər dərman qəbul edirsinizsə, analizi verməzdən əvvəl öz müalicə həkiminizlə məsləhətləşin. Analiz üçün qanı dərman qəbulundan (antihistamin, antibakterial) əvvəl və ya dərmanların ləğvindən 10-14 gün sonra vermək olar. Antikoaqulyantların qəbulu 12 saat əvvəl dayandırılmalıdır. Analizin verilməsindən 1-2 saat əvvəl siqaret çəkmək olmaz. Rentqenoqrafiyadan, rektal müayinədən və ya fizioterapevtik proseduralardan sonra qan analizi vermək olmaz.

 


Ekspress müayinələr.
Poliklinika, xəstəxana və ev şəraitində test-sistemlərin vasitəsi ilə, orqanizmin patoloji vəziyyətinin təcili diaqnostikası üçün istifadə olunan göstəricilərin aparılmasıdır.

►►►Biomaterialın götürülmə qaydası:

Analiz üçün qanı günün müxtəlif vaxtlarında vermək olar, bu şərtlə ki, qida qəbulu ilə qanın götürülməsi arasında ən azı 1-2 saat vaxt keçsin.

 


Bizə zəng edin +994 12 4970 911