Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Fərhad Talıbov
Daxili xəstəliklər

Professor, revmatoloq, birləşmiş toxuma xəstəlikləri üzrə mütəxəssis.




 

1972-ci ildə N.Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunu bitirmişdir. 1982-ci ildə «Çiyin-kürək periartritinin klinik formalarının müxtəlifliyi və differensial müalicənin qiymətləndirilməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 1982-ci ildə N.Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunun daxili xəstəliklər kafedrasında assistent kimi işləməyə başlamışdır.

1988-ci ildə ADHTİ-nun nəzdində fəaliyyət göstərən "Hematoloji tədqiqat institutu"-na qəbul olunmuşdur. 1993-cü ildə «Revmatoid artriti olan xəstələrdə Anemiya» mövzusunda müdafiə edərək Tibb Doktoru alimlik dərəcəsini almışdır. 1994-cü ildə kafedra professoru vəzifəsinə təyin edilmiş və 1998-ci ildə professor elmi dərəcəsinə layiq görülmüşdür.

Professorun rəhbərliyi altında 80-dən artıq elmi tədqiqat işləri (bunlardan bəziləri xaricdə) aparılmışdır. Həmçinin 3 dərs vəsaiti yazılmışdır.