Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Arif Hasiyev
Böyük həkim

Anestezioloq-reanimatoloq.Ümumi iş stajı 30 ildən yuxarı.




 

Xasiyev Arif İsfəndiyar oğlu

1983-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirib.

İş yerləri:

1983-1984-cü illərdə-Təcili tibbi yardım klinik xəstəxanasında anesteziologiya və reanimatologiya ixtisası üzrə internatura;

1984-1985-ci illərdə-Gəncə göz xəstəxanasında həkim-anestezioloq;

1985-1987-ci illərdə A.Səhhət adına Şəhər xəstəxanasının cərrahiyə şöbəsində həkim-anestezioloq;

1987-ci il –Respublika Neyro-cərrahlıq xəstəxanası həkim reanimatoloq-anestezioloq;

1994-cü ildən Respublika Neyro-cərrahlıq xəstəxanasının anesteziologiya və reanimatologiya şöbəsinin müdiri;

2002-ci ildən Medi Club klinikasında böyük həkim. Dəfələrlə həkimləri təkmilləşdirmə institutunda kurslar keçib.

2010-cu ildə Rusiya Tibb Akademiyasınıda “Anesteziologiya və reanimatologiya” kursunu keçib.

İlk təcili yardım göstərilməsində,ağır xəstələrin uzun müddətli İVL aparatında aparılması,qarın boşluğu və torokal cərrahiyə,neyrocərrahiyə,ginekologiya,uşaq cərrahiyəsində bütün növ aneasteziologiyanın aparılmasına malikdir.