Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Vaqif Nəbiyev
Təcili yardım xidmətinin böyük həkimi

Anestezioloq-reanimatoloq.Ümumi iş stajı 12 ildən yuxarı.




 

1994-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirib.

Həkim anestezioloq-reanimatoloq.

1995-2002-ci illərdə 6№-li Klinik Xəstəxana həkim anestezioloq-reanimatoloq;

2002-2008-ci illərdə həkim anestezioloq-reanimatoloq Əl-Bah mərkəzi vilayət xəstəxanası,Səudiyyə Ərəbistanı;

2006-2008-ci illərdə Əl-Bah regionu üzrə transplantologiya cəmiyyətinin aparıcı həkimi, Səudiyyə Ərəbistanı;

2008-ci ildən Medi club klinikasında təcili yardım xidmətinin aparıcı həkimi və anesteziologiya xidmətinin rəhbəri vəzifəsində çalışır.

Böyük təcrübəyə malikdir : 

- İlk təcili yardım göstərilməsində,ağır və komada olan xəstələrin uzun müddətli İVL aparatında aparılması.

- Bütun növ anesteziologiyaların aparılması- qarın boşluğu və torokal cərrahiyə,ortopediya və otolaringologiya,neyrocərrahiyə və ginekologiya,üz-çənə cərrahiyəsi və stomatologiya,uşaq cərrahiyəsi və oftalmologiya

- Reanimasiya və komada olan xəstələrin aparılması və tibbi evakuasiyası.

İngilis,Rus,Türk,Ərəb dillərini yaxşı bilir.

1999-cu il Reanimasiya və Anesteziologiya kursu Həkimləri təkmilləşdirmə institutu Bakı şəhəri;

2000-ci il Tibbi informatika kursu L.Stenford adına Universitet,Kaliforniya,ABŞ;

2000-ci il-Reanimasiya və intensiv terapiya kursu Portland universitetinin klinikası,Oreqon,ABŞ;

2006-cı il Reanimasiya və intensiv terapiya kursu Kinq Fahad adına universitet klinikası,Əl-Bah, Səudiyyə Ərəbistanı.