Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Vügar Abdullayev
Böyük həkim

Azərbaycan Respublikasının əməkdar həkimi. Ümumi iş stajı 20 ildən yuxarı.




 

 

1966-ci ilin avqust ayının 5-də Bakı şəhərində anadan olub. 1989-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirib.1990-ci ildə anestezioloq-reanimatoloq ixtisası üzrə Eksperimental cərrahiyə institutunda internatura keçib.1992-ci ilə kimi 1№-li Sumqayıt şəhər doğum evində işləyib və Garabağ müharibəsi ilə əlaqədar könüllü cəbhəyə gedib.

1992-1994-cü illər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi hospitalının süni böyrək şöbəsinin böyük ordinatoru;

1994-1997-ci illər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi hospitalının hiberbarik oksigenasiya şöbəsinin rəisi;

1997-1999-cu illər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi hospitalının anesteziologiya və reanimatologiya şöbəsinin böyuk ordinatoru;

1999-2001-ci illər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi hospitalının anesteziologiya və reanimatologiya şöbəsinin rəisi;

2001-ci ildən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi hospitalının təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinin rəisi;

İxtisası üzrə 28 elmi əsəri var,3 metodik vəsaitin,”Hərbi-səhra cərrahiyəsi” kitabının müəllifidir,elmi konfaranslarda çıxışları və prezentasiyaları olub.Trombolizis üzrə beynəlxalq təşkilatının ekspertidir.Yüksək kateqoriyalı həkimdir.”Azərbaycan Respublikasının Əməkdar həkimi” adı ilə təltif olunmuşdur. Fəaliyyətinə görə çoxlu medal və mükafatları var.Tibb xidmətinin polkovnikidir.

Kütləvi qırğının fəsadlarını aradan qaldırmaq üzrə keçirilən beynəlxalq konfransların iştirakçısı olmuşdur: 2005-ci il-Moskva səhəri; 2006-cı il-Feodosiya «See breeze – 2006»;

2007-ci il –Qarmeşpartenxirxen;

2008-ci il-Xorvatiya,Split;

2009-cu il Serbiya,Belqrad;

2010-cu il- Çernoqoriya;

3200-dən artıq müxtəlif üsullarla anesteziya aparıb. Anesteziologiya,renimasiya və intensiv terapiyanın bütün təcrübələrini bacarır .