Tibbi yardım göstərilməsi




 

İstehsalat müəssisələrində tibbi yardım dedikdə klinika personalının təchiz olunmuş ambulansla və ya ambulanssız işi nəzərdə tutulur. İstehsalat obyektlərinin həkimləri əsaslı və təcili yardım göstərir, su təchizatı mənbələri və qidalanma obyektlərinə nəzarət edir, laborator diaqnostika aparırlar.

İşin əsas hissəsini baş vermiş xəstələnmə hallarının qeydiyyatı, hesabatı, təhlili və onun səviyyəsinin aşagı salınmasının metod və yollarının işlənməsi təşkil edir. Aparılan profilaktik tədbirlər arasında vaksinasiyalar, işçilər arasında aydınlaşdırıcı söhbətlər, sanitar maarifləndirmə təbliğatı xüsusi yer tutur.

Tibbi yardım həm istehsalat obyektlərində, həm də yol- nəqliyyat hadisələri zamanı göstərilir .Kompaniyanın baş klinikaları fövqəladə hallar zamanı istehsalatdakı tibbi personalın ehtiyacını həm əlavə təcili yardım briqadaları ilə , həm də nəqliyyatla ödəyir.

Fövqəladə hallar zamanı ehtimal olunan zədələyici faktorların strukturundan və təsir istiqamətindən asılı olaraq şirkət rəhbərliyi ilə birgə cari hərəkət alqoritmi hazırlanır.

 

MediClub Azerbaijan Main Operation Office
Адрес:
 45 U. Hajibeyov St., AZ1010, Baku
Тел.: +994 (12) 97-09-11/12/13
Факс: +994 (12) 498-70-96
E-mail: office@mediclub.az
Occupation Health Services
Person for contact:
 Aygun Babayeva MD
Principal Deputy Medical Director on OH&CA
Tel: +994 (12) 497-09-11 ext.(176)
Cell: +994 (50) 200-06-40
E-mail: a.babayeva@mediclub.az