Həkimlərin siyahı

Şöbədən həkimləri göstərmək:

 
 
Pərviz Nəsirov
Urolog

Uroloq. Professional stajı 15 ildən artıqdır.




 

Pərviz Nəsirov Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirib. 1994-cü ildə Respublika Kliniki Uroloji Xəstəxanasında akademik M. Cavadzadənin rəhbərliyi altında öz əmək fəaliyyətinə cərrah-uroloq kimi başlayıb.

1996-cı ildə həkim cərrah kimi hərbi xidmətə çağırılıb və 1999-cu ilədək cəbhə xəttində yerləşən hospitalda cərrah vəzifəsində xidmət edib. Hərbi xidmət dövründə təcili cərrahiyyə, güllə yaralanmaları və mina partlayışından olan travmalarla dəyərli təcrübə qazanıb.

1999-cu ildə hərbi xidməti bitirdikdən sonra öz peşəsini cərrah kimi Səudiyyə Ərəbistanında davam etdirib. Elə bu dövrdə Amerika Təcili Təbabət cəmiyyəti nəzdində və Amerikan Cərrahiyyə Kollecinin təcili tibbi yardımın göstərilməsi və cərrahiyyə üzrə tədris kurslarını bitirib, Edinburq CərrahiyyəKral Kollecinin sertifikatları ilə təltif olunub.

2006-ci ildə Azərbaycana qayıdandan sonra o, bütün professional və elmi işini urologiyada, xüsusilə də aşağı sidik cinsiyyət yolları, prostat vəzi, sidik daşı xəstəliklərinin tədqiqatı və endourologiya sahələrində cəmləşdirib. Dəfələrlə Turkiyədə, Avstriyada və Hollandiyanın Universitet Xəstəxanalarında urologiya üzrə ixtisası artırma kurslarında iştirak edib, iş təcrübəsi qazanıb.

2009-cu ildən Avropa Uroloqlar Assosiasiyasının, 2012 ci ildən isə Amerika Uroloqlar Assosiasiyasının həqiqi üzvü seçilib. Azərbaycanda və Avropada bir neçə elmi tədqiqat məqalələrinin müəllifidir. Ailelidir, 2 uşağı var