Qarın boşluğu orqanlarının USM-i





 

 

Qarın boşluğu orqanlarmın müayinəsi zamanı qaraciyər, öd kisəsi, mədəaltı vəz, dalaq, qarınarxa sahəsi və damarlar qiymətləndirilir. Həmçinin orqanların ölçüləri, onların daxili strukturu, yerləşdiyi yeri, əlavə törəmələrin və ocaqların mövcudluğu qiymətləndirilir, kəskin və xroniki xəstəliklər və travmatik zədələr üçün səciyyəvi olan dəyişikliklər aşkara şıxarılır.

Qarın boşluğu orqanlarının USM-i öz təhlükəsizliyinə, dəqiqliyinə, aparılmasının nisbi sadəliyinə və əlverişli qiymətinə görə həkimlərin ixtiyarında olan həzm orqanlarının bütün müayinə üsullarına üstün gəlir. Klinikamızda ən dolğun və etibarlı müayinədən keçə bilərsiniz.

Qarın boşluğu orqanları aşağıdakı hallarda müayinə edilə bilər:

► Şiş törəmələrinə şübhə olduqda,
► Həzm orqanlarının xroniki xəstəlikləri,
► qarnın yuxarı nahiyələrində ağrılı hisslər,
► Mədənin artıq dərəcədə doldurulmuş olması hissi,
► Yeməkdən sonra qida borusunda şişkinlik hissi,
► Sağ qabırğaaltmda ağırlıq və ağrılı hissələr,
► Kəmərvari ağrılar,
► Yüksək qazəmələgəlmə,
► Ağızda acılıq hissi,
► Qarın boşluğunun travması,
► "şəkərli diabet" diaqnozunun qoyulması,
► əməliyyata hazırlıq zamanı.


Qarın boşluğu orqanlarmın USM-ə düzgün şəkildə hazır olmaq çox vacibdir, çünki bu alınan təsvirin keyfiyyətinə və sonda müayinənin nəticələrinə təsir edə bilər. Qarın boşluğu orqanlarının USM-ə hazırlığı üzrə sadə tövsiyələri yerinə yetirməklə Siz müayinənin keyfıyyətini xeyli yaxşılaşdırarsınız.


Evdə müayinə – böyük sensor dəsti ilə portativ USM aparatı evdə ultrasəs müayinəsini aparmağa imkan verir. Həkim patologiyanı müayinə edir və bunları şəkillərlə əsaslandırır.

Ultrasəs müayinəyə +994 12 4970 911 telefon nömrəsinə zəng etməklə yazılmaq olar