Pediatriya (davamı)





 

Yenidoğulmuşların və xüsusi şəraitdə daşınmalı olan xəstə uşaqların tibbi təxliyəsini biz xüsusi transport nəqliyyat küvezləri vasitəsilə təşkil edirik.Biz Sizin uşağınızı müalicə üçün həm respublika daxilində, həmçinin yaxın və uzaq xaricdə müxtəlif tibbi müəssisələrinə çatdırmağa köməklik göstərə bilərik.

Biz sağlam uşaqların normal fiziki və psixi inkişafına, xroniki xəstəliklərlə və uzun müddət xəstələnən uşaqların dispanser nəzarətinə xüsusi əhəmiyyət veririk. Tibbi yardımın profilaktika yönümü, bizə ambulatoriya və stasionarda uşaqların müayinə və müalicəsini planlaşdırmağa imkan verir.

Pediatriya klinikasında fəal peyvənd işi həyata keçirilir.Bakı şəhərində son 1 il ərzində bizim tərəfdən uşaqlara 3500-dən çox planlı peyvənd olunmuşdur.

Qabaqcıl dünya istehsalçılarının yüksək təmizlənmiş və kombinə olunmuş peyvəndlərdən istifadəsi, peyvənd materiallarının saxlanılması və daşınması zamanı dəqiq qaydalara əməl olunması, peyvənddən əvvəl hərtərəfli həkim müayinəsi və sonrakı nəzarət immunizasiya olunmuş uşaqların sağlamlığında baş verən hər hansı dəyişkənliklərin daimi analizi peyvənd üçün müraciət edənlərin sayına görə özəl tibb müəssisələri arasında lider olmağa şərait yaradır.

Klinikaya zəng edin, biz günün 24 saatını işləyirik.
Tel.: 
+994 (12) 498-89-11
AzercellBakcell mobil operatorların 6911 qaynar xətti Sizin suallarınıza cavab verməyə hazırdır