Pediatriya (sonu)






MediClub klinikasında biz 12 yaşından yuxarı bütün arzu edən qızlara papillomavirus əleyhinə peyvənd aparırıq. Bu peyvənd, təhlükəli bir xəstəlik olan uşaqlıq boynu xərçənginin qarşısını almağa kömək edir.

Uşaqlara yardımın xüsusi bölməsi kimi, təcili və planlı cərrahiyyə və əməliyyatdan sonra xəstənin Mediclub və ya ev stasionarında aparılmasını göstərə bilərik. Bizim fəaliyyətimizin xüsusi əhəmiyyət kəsb edən istiqamətlərindən biri anadangəlmə qüsur və zədələnmələrin fəsadlarının cərrahi yolla bərpasıdır.

Pediatriya klinikasının stasionar şöbəsi Sizə şəxsi palatalar təqdim edə bilər. Bütün hospitalizasiya olunmuş uşaqlar (həmçinin onları müşayiət edən valideynlər) bizim həkimlər tərəfindən xüsusi diyetik göstərişlər əsasında hazırlanmış və məsləhət olunan dadlı pəhriz yeməkləri ilə qidalandırılır. İl ərzində bizim stosionarda minə yaxın uşaq müalicə alır.

Ev stasionarı  anlara, digər uşaqlarından və işindən ayrılmadan, adəti məişət rejimini pozmadan, xəstə uşağa hərtərəfli yardımın göstərilməsi üçün şərait yaradır.

Bizim kollektiv klinikamızda Sizi və uşaqlarınızı səmimi şəraitlə əhatə edər. Peyvənd günlərində Sizin uşağınızda stressin dərəcəsini azaltmaq və peyvəndləşdirmənin sakit şəraitdə keçməsi üçün uşaqlarla ixtisaslı animatorumuz işləyir.Şən kloun Aquşa öz zarafatları və oyunları ilə uşaqlara peyvəndləşdirmə işi və stasionarda qalma zamanı yaranan diskomfortu unutdurur.

Klinikaya zəng edin, biz günün 24 saatını işləyirik. 
Tel.: 
+994 (12) 498-89-11
Azercell Bakcell mobil operatorların 6911 qaynar xətti Sizin suallarınıza cavab verməyə hazırdır