Stasionar (davamı)






Pasiyentlərə qulluq etmək üçün personal test sınağı ilə seçilir və yalnız həkim və təcrübəli tibb bacılarının nəzarəti altında tam həcmdə təcrübə dövrü keçdikdən sonra pasiyentlərlə işə buraxılırlar. Stasionarın şəraiti çarpayıdan kənar çıxmayaraq rentqenoloji, funksional müayinələri həyata keçirmək imkanı verir. Bunun üçün klinikamızın portativ USM, ExoKQ, Rentqen aparatları istifadə olunur. Laboratoriya birbaşa xəstənin palatasında sayılan dəqiqələr ərzində lazımi analizləri aparmağa imkan verir.

Əməliyyat bloka böyük və kiçik zallardan ibarətdir, müasir tənəffüs və narkoz avadanlıqları ilə təchiz olunub və istənilən həcmdə və çətinlik dərəcəsində cərrahi əməliyyatları icra etmək imkanı verir. Həkim-anestezioloqlar bütün müasir anesteziya növlərinə və praktiki olaraq ağırlıq dərəcəsindən və yaş kateqoriyasından asılı olmayaraq xəstə aparılması üsullarına sahibdirlər.

Pasiyentlərə individual xəstəxana geyimi, lazımi palata gigiyenası əşyaları verilir. 

Çarpayının yüklənməsi 95%-ə çatır. Çarpayıda orta qalma müddəti— 3,5 gündür

Bizə zəng edin, biz gecə-gündüz işləyirik.
Telefonlar: 
+994 (12) 497-09-11/12/13
Pediatriya: 
+994 (12) 498-89-11, +994 12 598-19-15

Əsas səhifəyə qayıtmaq