Video- və EEQ-monitoring





 


Video- və EEQ-monitorinq


Video- və EEQ-monitorinq (EEQ) epilepsiya statusunun müəyyən edilməsi, epileptik tutmalar mənbələrinin aşkara çıxarılması və onların növünün təyin edilməsi üçün ən dəqiq və etimada layiq olan yoxlama üsuludur.
Həmin diaqnostik prosedurun həyata keçirilməsi üçün beynin elektrik potensiallarını yazan və eyni zamanda xəstənin videoçəkilişini həyata keçirən xüsusi cihazdan istifadə olunur. Beləliklə, tutma zamanı xəstəyə nəzarət etmək imkanı əldə olunur.
Yazılma müəyyən vaxt, bir gündən iki həftəyə qədər müddətində xəstənin kilinik şəklindən və tutma tezliyindən asılı olaraq fasiləsiz aparılır.

Monitorinqin məqsədləri:

  1. Bu yoxlama, dərman preparatlan ilə müalicəyə mailliyi olmaması şübhəsi olan epilepsiyalı xəstələrin cərrahi müalicəsi imkanlarının planlaşdırma mərhələsində olduqca vacibdir. Video- and EEQ-monitorinqdən xüsusən uşaqlarda epileptik pozuntuların sayının müəyyən edilməsi üçün istifadə olunur və tutma mənbələrini aydın surətdə lokallaşdırmağa imkan yaradır.

  2. EEQ monitorinqinin aparılması, aydm və birmənalı klinik şəklə malik olmayan və bütün digər yoxlama üsulları birmənalı cavab vermədiyi hallarda tutmaların xarakterini müəyyən etmək üçün lazımdır. Söhbət həm epileptik tutmalardan, həm də ki epilepsiya xarakterini daşımayan pozuntulardan (hərəki pozulmalar, tənəffüsün kəsilməsi, ağır yuxu pozulmaları, uşaqlarda səddi davranış pozulmaları, təkrarlanan bayılma halları - SYNCOPE, ciddi əqli pozulmaları və psixoloji problemlər zəmnində yaranan qıcolmalar) gedir. Bizim mütəxəssislər tərəfındən video- and EEQ-monitorinqdən istifadə edilməsi xəstəni gərəksiz riskdən azad edərək bizə optimal müalicə seçməyə imkan yaradır.

    Neyrofızioloji müayinəyə +994 12 4970911 telefon nömrəsinə zəng etməklə yazılmaq olar.

Neyrofizioloji müayinə üsulları adlı səhifəyə qayıt ►►►