Laboratoriya

5 dek. 2011


 

Helikobakteriya infeksiyasının diaqnostikası adətən xəstəyə dispepsiya ilə bağlı şikayətlər və simptomlar haqqında suallar verməklə, sonra isə helikobakteriya infeksiyasının olub-olmaması faktını təsdiq və ya inkar etməyə kömək edə biləcək testlərin aparılması ilə həyata keçirilir.

Helikobakteriya infeksiyalarının mövcudluğuna görə qeyri-invaziv (endoskopiya tələb etməyən) testlərə H.pylori antigenlərinə qarşı qanda anticisimlərin titrlərinin müəyyən edilməsi, nəcisdə H.pylori antigenlərinin mövcudluğunun müəyyən edilməsi, həmçinin ureaz nəfəsalma testi də daxildir. Bu test ondan ibarətdir ki, xəstə 14C- və 13C- karbon 4-oksidlə nişanlanmış sidik cövhərini içir və bakteriya onu parçalayaq, müvafıq olaraq, 14C- və 13C- karbon 4-oksidi əmələ gətirir, hansı ki, sonradan nəfəslə çıxarılan havada mass-spektrometriyanın köməyi ilə aşkar edilə bilir.

Həmçinin nəfəslə çıxarılan havada ammiakm qatılığının müəyyən edilməsinə əsaslanan ureaz nəfəsalma testləri də mövcuddur. Bu metod xəstənin normal izotop tərkibli sidik cövhərini qəbul etməsini və sonradan qaz analizatorunun köməyi ilə ammiakın qatılığının ölçülməsini nəzərdə tutur.

Lakin helikobakteriya infeksiyasının diaqnostikasının ən etibarlı və "referens" metodu mədənin və onikibarmaq bağırsağın endoskopik müayinəsi zamanı həyata keçirilən biopsiyadır. Biopsiya zamanı götürülən selikli qişanın toxumasını dərhal ureazanın və helikobakter anticisimlərinin mövcudluğuna görə testə, histoloji müayinəyə, həmçinin süni qida mühitlərində helikobakterin çıxarılması ilə kultural müayinəyə məruz edirlər.

Helikobakteriya infeksiyasının diaqnostika metodlarından heç biri tam səhih deyil və diaqnostik səhvlərdən və uğursuzluqlardan mühafızə olunmayıb. Xüsusilə, helikobakteriya infeksiyasının diaqnostikasında biopsiyanm səmərəliliyi bioptatm götürüldüyü yerdən asılıdır, buna görə də endoskopik müayinə zamanı bioptatın mədənin selikli qişasının müxtəlif yerlərindən götürülməsi vacibdir. Helikobakter antigenlərinə qarşı anticisimlərin mövcudluğuna görə testlərin həssaslığı 76%-dən 84%-ə qədərdir. Bəzi dərmanlar helikobakteriyanın hasil etdiyi ureazanın fəallığına təsir edə bilər, bunun nəticəsində isə nişanlanmış sidik cövhərinin köməyi ilə ureaza fəallığının tədqiqatı zamanı yanlış-mənfı nəticələr alına bilər.

Helikobakteriya infeksiyası simptomlarla müşayiət oluna bilər və simptomsuz (yoluxan tərəfdən heç bir şikayət olmadan) keçə bilər. Ehtimal edilir ki, helikobakteriya infeksiyalarmın 70%-ə qədər halları simptomsuz keçir və dünya miqyasına insan populyasiyasının 2/3-si helikobakteriyaya yoluxub, bu da helikobakteriya infeksiyasını dünyada ən çox yayılmış edir. İnkişaf etmiş Qərb ölkələrində (Qərbi Avropa, ABŞ, Avstraliya) bu tezlik təxminən 25% təşkil edir, "üçüncü dünya" ölkələrində, həmçinin Şərqi Avropanın postkommunist ölkələrində, xüsusilə keçmiş Sovet İttifaqı ölkələrində isə daha yüksəkdir. Üçüncü dünya və postkommunist ölkələrində nisbətən aşağı sanitar standartlar və şərait nəticəsində uşaqlarda və yeniyetmələrdə helikobakteriya infeksiyasmm aşkarlanması nadir hal deyil. Birləşmiş Ştatlarda və Qərbi Avropada helikobakteriya infeksiyasına böyük yaş kateqoriyalarında (50%-ə qədəri 60 yaşdan yaşlı şəxslərdə, 20%-i 40 yaşdan cavan şəxslərdə) və daha kasıb sosial-iqtisadi təbəqələrdə rast gəlinir.

Hesab olunur ki, helikobakteriya infeksiyası mədənin selikli qişasında bir dəfə məskunlaşdıqda, sahibinin immun reaksiyasına baxmayaraq, insanın bütün həyatı boyu orada mövcud ola bilər. Lakin yaşlı insanlarda, həmçinin uzun müddət qastriti olan xəstələrdə, ehtimal olunur ki, helikobakteriya infeksiyası öz-özünə yox ola bilər, belə ki, yaşla və xəstəliyin köhnəliyi ilə əlaqədar mədənin selikli qişası daha da ölgünləşir, nazikləşir və helikobakteriyanın məskunlaşması üçün daha yararsız, mikrobun yaşaması üçün daha əlverişsiz olur.

Xroniki persistisiya edən formaya keçən kəskin helikobakteriya infeksiyalarının faizi dəqiq məlum deyil, lakin insan populyasiyalarında xəstəliyin müalicəsiz təbii gedişi tədqiq olunan bir sıra tədqiqatda öz-özünə müalicənin mümkünlüyündən (törədici-mikrobun öz-özünə eliminasiyasından) xəbər verilirdi.