İşə qabul qaydaları




 


MediClub klinikalarına işə qəbul qaydaları

Əməkdaşın işə qəbul məsələsi namizədlərin müsabiqəsi əsasında lazımi sənədlər toplandıqdan, MediClubda mövcud olan secim taktikasını tətbiq etmək və gələcək işçinin qiymətləndirilməsindən sonra kadr komissiyası tərəfindən həll edilir.

Namizədlərin müsabiqəsi dedikdə müvafiq sənədləri təqdim etmiş mütəxəssislərin arasında vakant yer uğrunda keçirilən yarışma nəzərdə tutulur. Namizədlərin müsabiqəsi təhsil nüfuzluluğunu, müxtəlif iş əlaqələrinin olmasını, rəhbərliyin rəğbətini və sair deyil, namizədin işə professional və psixoloji baxımdan yararlılığını təyin edir.

Namizəd müsabiqələri seçim mexanizmləri, hazırlığı və gənc mütəxəssislərin işə başlaması üçün bir alət kimi istifadə olunur. Müsabiqə fərdi inkişafa təkan verən amillərdən biridir. Müsabiqədən keçə bilməyən namizədlər adətən şirkətin strateji ehtiyyat əmək qüvvələrini təşkil edərək gələcək müsabiqələrdə iştirak etmə imkanı qazanırlar.

İlkin (qiyabi) mərhələ

Qiyabi mərhələ namizədlər tərəfindən təqdim olunmuş sənədlərin analizindən ibarət olur. Bu mərhələdə olan əsas məqsəd baza tələblərinə uyğun gələn namizədlərin seçimidir. İlkin mərhələdə əsas məqsəd baza tələbləri əsasında namizədlərin ilkin seçilməsidir. Bu mərhələ çoxlu sayda namizədlərdən iş təcrübəsi daha çox əsas tələblərə uyğun gələnlərini seçmək üçün nəzərdə tutulur.

Müsabiqənin əyani mərhələsi

Müsabiqənin əyani mərhələsində müsabiqə üzvlərinin hər birinin individual bacarıqları və onların komandada nə dərəcədə müvəffəqiyyətlə işləmə qabiliyyətləri öyrənilir.

İşə qəbul olunarkən əməkdaşlar Azərbaycan Respublikasının pasport sisteminə aid qanununa uyğun olaraq şəxsiyyət vəsiqəsini, hərbi qulluqçular isə hərbi biletini mütləq olaraq təqdim etməlidirlər. Şirkət rəhbərliyinin test üsulu, anketləşdirmə, diaqnostika və müsahibə üsulları ilə gələcək işçinin iş potensialını yoxlamaq hüququ var.

İşə qəbul olunarkən namizəd aşağıdakı sənədləri təqdim etməlidir:

1.      Tərcümeyi-hal

2.      2 ədəd fotoşəkil.

3.      Yaşayış yerindən arayış.

4.      Kadrlar uçotunun şəxsi vərəqəsi.

5.      Tibbi müayinədən keçmə vərəqəsi .

6.      İşə qəbul haqqında ərizə.

7.      Şöbə mudirləri və bilavasitə rəhbərlik tərəfindən təsdiqlənmiş təcrübə keçmə vərəqəsi (təcrübəni başa vurduqdan sonra).

8.      Təhsil haqqinda diplomlarin surəti.

9.      Attestasiyalar və alimlik dərəcəsini təsdiq edən sənədlərin surəti.

10.    Zəmanət məktubları.

11.    Əvəzçilər ücün əsas iş yerindən arayış.

12.    Əmək kitabcasi (və ya əvəzcilər ücün onun notarius tərəfindən təsdiq edilmiş surəti).

13.    İcraedici vərəqə (varsa).

14.    Digər məlumatlar.

 

Bizə zəng edin   +994 12 4970911

Karyera səhifəsinə qayıtmalı >>>