Bioximiya laboratoriyası (son)





 

Elektrolitlərin yoxlanılması.
Qanda və sidikdə, zəruri hallarda digər bioloji mayelərdə elektrolitlərin (K+,Na+,Ca+,P+,Cl-) təyini daxildir.

►►►Biomaterialın götürülmə qaydası:

Analiz üçün qan tam ac qarına verilməlidir, qida qəbulu ilə qanın götürülməsi arasında ən azı 8-12 saat vaxt keçməlidir. Şirə, qəhvə, çay qəbuluna icazə verilmir. Yalnız su içmək olar. Müayinənin aparılmasından 1-2 gün əvvəl yemək rasionundan piyli, qovrulmuş qidaları və alkoqolu xaric etmək lazımdır. Əgər dərman qəbul edirsinizsə, analizi verməzdən əvvəl öz müalicə həkiminizlə məsləhətləşin. Analiz üçün qanı dərman qəbulundan əvvəl və ya dərmanların ləğvindən 10-14 gün sonra vermək olar. Antikoaqulyantların qəbulu 12 saat əvvəl dayandırılmalıdır. Analizin verilməsindən 1-2 saat əvvəl siqaret çəkmək olmaz. Rentqenoqrafiyadan, rektal müayinədən və ya fizioterapevtik proseduralardan sonra qan analizi vermək olmaz. Sidik gün ərzində yığılır. Sidiyin ilk səhər porsiyası atılır, sonrakı porsiyalar səhəri günün birinci ilk porsiyası daxil olmaqla 2-3 litr həcmi olan qaba yığılır və sidik yığılan ərəfədə soyuducuda +4- +8°C temperaturda saxlanılmalıdır. Sidik yığımı bitdikdən sonra yığılan sidiyin miqdarı dəqiq ölçülür, sutkalıq diurezin miqdarını göstərmək şərti ilə, qarışdırılaraq 50 ml təmiz steril konteynerə tökülür və laboratoriyaya çatdırılır. Sutkaliq sidikdə Ca+ və P+ kimi testləri təyin etmək üçün sidik yığılmazdan əvvəl laboratoriyadan konservant götürmək məsləhət görülür .

 


Anemiyaların yoxlanılması.
Dəmir, zərdabın dəmirbağlayıcı qabiliyyəti, ferritin, transferrin, həmçinin anemiya növünü təyin etmək üçün bir sıra vitaminlərin aparılması daxildir.

 

►►►Biomaterialın götürülmə qaydası:

Analiz üçün qan tam ac qarına verilməlidir, qida qəbulu ilə qanın götürülməsi arasında ən azı 8-12 saat vaxt keçməlidir. Şirə, qəhvə, çay qəbuluna icazə verilmir. Yalnız su içmək olar. Müayinənin aparılmasından 1-2 gün əvvəl yemək rasionundan piyli, qovrulmuş qidaları və alkoqolu xaric etmək lazımdır. Əgər dərman qəbul edirsinizsə, analizi verməzdən əvvəl öz müalicə həkiminizlə məsləhətləşin. Analiz üçün qanı dərman qəbulundan əvvəl və ya dərmanların ləğvindən 10-14 gün sonra vermək olar. Antikoaqulyantların qəbulu 12 saat əvvəl dayandırılmalıdır. Analizin verilməsindən 1-2 saat əvvəl siqaret çəkmək olmaz. Rentqenoqrafiyadan, rektal müayinədən və ya fizioterapevtik proseduralardan sonra qan analizi vermək olmaz.

 


Qan qazlarının yoxlanılması.
Müayinələr portativ qaz nalizatorlarında aparılır və nəticələr yerindəcə verilir.

 

►►►Biomaterialın götürülmə qaydası:

Müayinə üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Arterial və venoz qanın götürülməsi günün müxtəlif vaxtlarında aparıla bilər.

 


Qanın quru kimya üsulu ilə yoxlanılması.
Ən çox əhəmiyyətli biokimyəvi göstəricilərin yerindəcə poliklinika, xəstəxana və ev şəraitində standart test-sistemlərinin istifadəsi ilə aparılması daxildir.

 

►►►Biomaterialın götürülmə qaydası:

Analiz üçün qan tam ac qarına verilməlidir, qida qəbulu ilə qanın götürülməsi arasında ən azı 8-12 saat vaxt keçməlidir. Müayinənin aparılmasından 1-2 gün əvvəl yemək rasionundan piyli, qovrulmuş qidaları və alkoqolu xaric etmək lazımdır.

 


Ekspress müayinələr.
Poliklinika, xəstəxana və ev şəraitində test-sistemlərin vasitəsi ilə, orqanizmin patoloji vəziyyətinin təcili diaqnostikası üçün istifadə olunan göstəricilərin aparılması daxildir.

 

►►►Biomaterialın götürülmə qaydası:

Analiz üçün qanı günün müxtəlif vaxtlarında vermək olar, bu şərtlə ki, qida qəbulu ilə qanın götürülməsi arasında ən azı 1-2 saat vaxt keçməlidir.