Korporativ müştərilərə





МediClub uşaq və böyüklərə tibbi xidmət göstərən təcili, təxirəsalınmaz yardım, poliklinika, stasionar, funksional diaqnostika, laboratoriyadan ibarət müasir, özəl, çoxprofilli klinikadır.

MediClub — — təcili, təxirəsalınmaz yardım göstərilməsi və tibbi təxliyənin təşkili məsələlərində tibbi bazarın birincisi olmaqla yanaşı yerli və xarici sığorta şirkətləri üçün tibbi asistans kompaniyası şəklində öz liderlik mövqeyini qoruyub saxlamağı ilə qürur duyur.

MediClub CIGNA Insurance (ABŞ), GMS (Fransa), GVA (Fransa), AXA (BB), BUPA (BB), Mondial Assistance (Rusiya), Europe Assistance (BB), Mutuaide Assistance (Fransa), Vanbreda (Belçika), IAG (Qazaxıstan), IMEDI-L (Gürcüstan), International Claims Services kimi beynəlxalq siğorta şirkətləri ücün tibbi asistans kompaniyasi kimi cixiş edərək coxillik iş təcrübəsinə malikdir.

Diversifikasiya olunmuş pasiyent bazasına: yerli və transmilli kompaniyalar, beynəlxalq təşkilatlar, səfirliklər, özəl şəxslər - Azərbaycan və xarici ölkə vətəndaşları, sığortalı müştərilər daxil olunmuşdur.

Bizim korporativ müştərilərimiz  — - Azərbaycan bazarının sabit maliyyə sektorunda təqdim edilmiş yerli və xarici şirkətlər, həmçinin aparıcı və mötəbər ölkələrin səfirlikləri, nüfuzlu beynəlxalq təşkilatlardır.

Korporativ müştərilərlə bağladığımız sazişlər işçilərə nəinki iş yerindən ayrılmamaq şərti ilə tibbi xidmət göstərməyə, həm də MediClub klinikalarında müayinə və müalicə kecməyə imkan verir.

MediClub sənaye müəssisələrində fəhlə və qulluqçulara planlı və təcili tibbi yardım göstərməsi, sənaye obyektlərində və müəssisələrdə işçi heyətin tibbi müdafiə səviyyəsinin artırılması və işdə baş verə biləcək bədbəxt hadisələrin azaldılması, cari hadisələrin analiz olunması, istehsalatda baş verən travmatizmin profilaktikası ucun görülən lazımi işlərin təşkili istiqamətində şirkətlərin rəhbərliyinə böyük xidmət paketləri təqdim edir. 

Tibbi yardım  yerli qanunvericilik və beynəlxalq yanaşmaya əsaslanan işlənib hazırlanmış və adaptasiya olunmuş tələblər və standartlar üzərində yerinə yetirilir.

MediClub bu gün tibbi yardım xidməti üzrə , o cümlədən iş yerlərində sənaye təbabəti üzrə 22 yerli və 75 xarici şirkətlərlə saziş tərəfdaşıdır.

Korporativ müştərilərimizin siyahısı